Beynəlxalq Sülh Şəraitində Birgə Yaşamaq Günüdür

Beynəlxalq Sülh Şəraitində Birgə Yaşamaq Günüdür

16 may Beynəlxalq Sülh Şəraitində Birgə Yaşamaq Günüdür.

 

Sfera.az xəbər veir ki, BMT Baş Assambleyası 8 dekabr 2017-ci il tarixli qətnaməsi ilə (72/130) 16 may tarixini Beynəlxalq Sülh İçində Birgə Yaşayış Günü elan edib. 

 

Əsas məqsəd beynəlxalq icmaların Yerdə insanlar arasında sülhün, dözümlülüyün, birliyin, qarşılıqlı anlaşmanın və həmrəyliyin təşviqinə yönələn fəaliyyətlərinin gündəmdə saxlanılmasıdır.  

 

Sülh içində birgə yaşayış müxtəliflikləri etiraf etmək, başqalarını dinləmək, anlamaq, hörmət qoymaq və dəyərləndirmək, həmçinin dünyada sülh və həmrəylik şəraitində yaşamaq bacarıqlarının təşviqini nəzərdə tutur.

 

Beynəlxalq formatda sülh içində birgə yaşayış – müxtəlif ictimai quruluşa, mədəniyyətə, tarixə, ənənələrə malik dövlətlər arasında münasibətlərin bir növüdür və ölkələr arasında münaqişəli məsələlərin həllində müharibədən imtina edib, onları yalnız danışıqlar yolu ilə həll etməyi, həmçinin beynəlxalq hüquqi sənədlərlə təsdiqlənmiş digər prinsiplərə riayət olunmasını özündə ehtiva edir.  


Birləşmiş Millətlər Təşkilatı İkinci Dünya Müharibəsindən sonra, məhz gələcək nəsilləri fəlakətlərdən və yeni müharibə ehtimallardan qorumaq məqsədilə yaradılıb. Təşkilatın fəaliyyəti qlobal iqtisadi, sosial, mədəni və ya humanitar xarakterli problemlərin həllində beynəlxalq əməkdaşlığın qurulmasından, həmçinin dinindən, irqindən, cinsindən, dilindən asılı olmayaraq, insanların əsas hüquq və azadlıqlarının qorunması və təşviqindən ibarətdir.  

 

Hələ 1997-ci ildə Baş Assambleya 2000-ci ili "Beynəlxalq sülh mədəniyyəti ili" elan edib, növbəti 2001-2010-cu illəri əhatə edən dövr isə "Dünya uşaqlarının maraqları naminə beynəlxalq sülh mədəniyyəti və təcavüzə qarşı onillik" kimi keçirilib. 1999-cu ilin oktyabrında Baş Assambleya "Sülh mədəniyyəti üzrə Fəaliyyət Proqramı" və Deklarasiyası qəbul edib ki, bunlar da sözügedən məqsədlərin təşviqini nəzərdə tutur.

 

Bu gün, Beynəlxalq Sülh İçində Birgə Yaşayış Günü, BMT bütün üzv dövlətlərə, BMT sistemində olan təşkilatlara, digər beynəlxalq və ictimai təşkilatlara, özəl şəxslərə bu tarixi öz mədəni ənənələrinə uyğun,  yerli, milli və ya regional adətlər çərçivəsində maarifləndirici, eyni zamanda ictimaiyyətin məlumatlılığının artırılmasına yönəldilən tədbirlərlə qeyd etməyə çağırır.

 

Firuzə Əliyeva

 


OXŞAR XƏBƏRLƏR

Araşdırmaya görə, ən tənha insanların yaşadığı yerlər məlum olub

Yunanıstan və Kiprdəki səmavi mənzərələr və günəş işığının bolluğu insanın belə gözəllikdə həqiqətən xoşbəxt olacağına zəmanət vermir. Bu yerlər özünü tənha his...

Böyük evinin olmasına baxmayaraq 4 ildir maşında yaşayır - FOTO

Çinli proqramçı Zhang Yunlai öz dörd mərtəbəli evinin olmasına baxmayaraq, dörd ildir ki, elektrik avtomobilində yaşayır. Kişi bu seçimi azadlığı və rahatlığı ü...

Niyə bəzi ölkələrdə həbsxanadan qaçmaq cinayət sayılmır?

Həbsxanadan qaçmağın hər yerdə ağır cəzaya səbəb olduğunu düşünürsənsə, yanılırsan. Bəzi ölkələrdə məhbusların qaçmağa cəhdləri tamam fərqli anlayışla qarşılanı...

Ağcabədidə ağır qəza, iki hərbçi həlak oldu- VİDEO

Ağcabədidə baş verən qəzada iki nəfər ölüb.    Sfera.az-ın xəbərinə görə, hadisə rayon ərazisində baş verib.   Belə ki, hərəkətdə ola...

Azərbaycanda ən çox hansı avtomobillər kreditlə alınır?

2024-cü il üzrə Azərbaycanda fiziki şəxslər tərəfindən alınan istehlak kreditləri çərçivəsində avtomobil kreditlərinin strukturu dəyişib, ekoloji cəhətdən daha ...

“Yalı Çapkını”nın andiçmə mərasimi oldu - VİDEO

“Yalı Çapkını”nın Feriti Mert Ramazan Demirim əsgərlikdən görüntüləri yayılıb.   Sfera.az xəbər verir ki, Hatayda ödənişli hərbi xidmətdə...