Cənubi Qafqazda növbəti XAOS PLANI: "Paşinyan özü də etiraf etdi, bundan sonra..." - AÇIQLAMA

Cənubi Qafqazda növbəti XAOS PLANI:

Azərbaycan Prezidenti İlham Əliyev mayın 13-də ATƏT-in fəaliyyətdə olan sədri, Malta Respublikasının xarici, Avropa işləri və ticarət naziri İan Borqun başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən bir sıra mühüm məsələlərə toxunub. O qeyd edib ki, hazırda sülh gündəliyinin irəliyə aparılması üçün Azərbaycan ilə Ermənistan arasında danışıqlar prosesi davam etdirilir. İlham Əliyev vurğulayıb ki, Azərbaycan ilə Ermənistan arasında sülh prosesinin və bu prosesin əsasını təşkil edən fundamental prinsiplərin təşəbbüskarı məhz Azərbaycan olub və sülh müqaviləsinin mətni də Azərbaycan tərəfindən hazırlanaraq müzakirəyə təqdim edilib.

 

Bununla bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Kənan Novruzov deyib ki, Azərbaycanla Ermənistan arasında birbaşa təmaslar nəticə verir və dialoqu davam etdirmək bundan sonra da faydalı ola bilər:

 

“Regionda sülhə əngəl olan maneələrin bir çoxu artıq aradan qalxıb: Azərbaycan ərazi bütövlüyünü təmin edib, sərhədlərin müəyyənləşməsi prosesi başlayıb. Üstəgəl, rəsmi İrəvanın mövqeyində də artıq müsbət istiqamətdə dəyişikliklər hiss edilir. Görünən odur ki, Azərbaycanın hərbi – diplomatik təzyiqləri, həmlələri nəticəsində Ermənistan reallığı anlamağa başlayıb. Hazırda bölgədə sülh prosesinin daha sürətli irəliləməsinə mane olan əsas məqam üçüncü güclərin, xüsusilə ABŞ və Fransa başda olmaqla, Qərbin Cənubi Qafqaza müdaxilə cəhdləridir. Belə ki, Paris və Vaşinqton İrəvana təzyiqlər göstərmək və bu dövləti “şirnikləndirməklə” Cənubi Qafqazda “daşların yerinə oturmasının” qarşısını almaq istəyirlər. Çünki bu imperialist güclər yalnız bu yolla bölgədəki təsir imkanlarını qoruya bilərlər. Bu mənada bölgədəki xaos Qərb üçün vacibdir”.

 

Müsahibimiz qeyd edib ki, üçüncü güclərin regiona müdaxiləsi sülh prosesini ləngitməklə yanaşı, həm də region və Ermənistan üçün yaxşı nə isə vəd etmir:

 

“Sülh sazişi bu gün İrəvan üçün hava, su qədər vacibdir. Çünki Ermənistan Qərblə Rusiya arasında “sıxılır”.

 

Üstəgəl, ölkədə hakimiyyət əleyhinə ciddi çıxışlar var. Baş nazir Nikol Paşinyan əleyhinə olan xarici güclər daxili siyasi vəziyyətdən də mümkün qədər istifadə etməyə çalışırlar. Bu, indiki halda xüsusilə Rusiyaya aiddir. Təsadüfi deyil ki, İrəvan sülh sazişi üçün tələsir. Bunu Paşinyan özü də etiraf edir. Beləliklə, bütün bunları nəzərə alsaq deməliyik ki, Bakı və İrəvan arasında ikitərəfli təmaslar bundan sonra daha da güclənməlidir. Bu, sülh prosesini daha da sürətləndirəcək”.

 

Günay


OXŞAR XƏBƏRLƏR

Dövlət büdcəsinin gəlirləri 20 milyarda yaxınlaşdı

2025-ci ilin ilk altı ayında xəzinədarlıq orqanları tərəfindən 690 mindən çox ödəniş tapşırığı yerinə yetirilib və dövlət büdcəsinin gəlirləri proqnozla müqayis...

Şirkət əməkdaşını “tok” vurub öldürdü

Mingəçevirdə sökülən zavodda fəhləni cərəyan vurub öldürüb.   Sfera.az xəbər verir ki, hadisə iyulun 1-i saat 18 radələrində Mingəçevir şəhəri Samux ...

Boğulma hallarının qarşısı necə alınmalıdır?

İsti yay günlərində vətəndaşların çimərliklərə axını artmaqda davam edir. Lakin dənizdə ehtiyatsız davranışlar bir çox hallarda faciə ilə nəticələnir. İyun ayı ...

Bu yolda 2 aydır ki, "həyat donub" - Təmir nə vaxt bitəcək?

Artıq iki aydır ki, Bakının hər zaman sıx nəqliyyatla seçilən Binəqədi şosesində kanalizasiya xətti ilə bağlı təmir-bərpa işləri aparılır.   Sfera.az...

Aşıq Zülfiyyədən etiraf: “Mənə sevgi məktubları yazırdı” - VİDEO

Aşıq Zülfiyyə İbadova açıqlaması ilə diqqət çəkib.   Sfera.az xəbər verir ki, "Rəngarəng"də qonaq olan sənətçi illər əvvəl ona yazılan...

Məşhur futbolçu karyerasını bitirdi

Xorvatiyanın "Hayduk" klubunun futbolçusu İvan Rakitiç karyerasını başa vurub.   Sfera.az xəbər verir ki, bu barədə Split təmsilçisini...