“Onlar oxuyanda kanalı çevirirəm”
Maqazin
16:02 / 05.12.2016
1011
Xalq artisti Alim Qasımov "Soyuq əllər, isti ürək” xeyriyyə yarmarkasına qatılıb
Axşam.az-a açıqlama verən muğam ifaçısı səfərə hazırlaşdığını deyib:
"Qızım Fərqanə Qasımova ilə birlikdə Amerikaya gedəcəyik. "Leyli və Məcnun” tamaşasını göstərəcəyik. hazırda bunun üstündə çalışırıq”.
A.Qasımov muğam ifaçılarına iradını bildirib:
"Hər zaman peşəkar və qeyri-peşəkar oxuyanlar olub. Ələnib, suyun üstündə mütləq yaxşılar qalacaq”.
Muğam ifaçısı "Xoşlamadığınız ifaçıları eşidəndə nə edirsiniz” sualına belə cavab verib:
"Bəzən efirə baxanda görürəm ki, ahəngi pozurlar. Onda əsəbiləşirəm, kanalı çevirirəm. Elələrinə baxmıram”.