Qazaxıstan Vyetnam şirkətlərinə Orta Dəhlizdən istifadəni TƏKLİF ETDİ

Qazaxıstan Vyetnam şirkətlərinə Orta Dəhlizdən istifadəni TƏKLİF ETDİ

Qazaxıstan Vyetnama Avropaya məhsul ixracı üçün Orta Dəhlizin (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu) imkanlarını nəzərdən keçirməyi təklif edib.

 

Sfera.az bu barədə Qazaxıstan hökumətinin açıqlamasına istinadən xəbər verir.

 

Bildirilib ki, mayın 15-də Qazaxıstan Baş nazirinin müavini Serik Jumanqarin Vyetnamın sənaye və ticarət naziri Nquyen Honq Zien ilə görüşüb: “Görüş zamanı S.Jumanqarin bildirib ki, Vyetnam Qazaxıstan üçün Asiyada mühüm tərəfdaşlardan biridir. İki ölkə arasında ticarət dövriyyəsi (2023-cü ildə) 85 % artaraq, təxminən 1 milyard ABŞ dollarına çatıb”.

 

Baş nazirin müavini Vyetnam şirkətlərinə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TBNM) imkanlarını araşdırmağı təklif edib, çünki bu, Vyetnam ixracatının dəniz marşrutları ilə müqayisədə Şərqdən Qərbə 3-4 dəfə daha sürətli hərəkət etməsinə imkan verəcək və xərcləri əhəmiyyətli dərəcədə azaldacaq.

 

“Biz TBNM-i Asiya ilə Avropa arasında ən optimal marşrut hesab edirik. Biz həmçinin Lianyunqanq dəniz limanında Qazaxıstan-Çin terminalının və Siandakı quru limanın imkanlarından istifadə etməyi təklif edirik”, - S.Jumanqarin vurğulayıb.

 

Görüş zamanı tərəflər nadir torpaq metallarının hasilatı və emalı sahəsində əməkdaşlıq imkanlarını da müzakirə ediblər.

 

Xatırladaq ki, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu Çin, Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan ərazisindən keçərək Türkiyə və Avropa ölkələrinə uzanan beynəlxalq nəqliyyat dəhlizidir.


OXŞAR XƏBƏRLƏR

Dünyanın ən kiçik belinə sahib olmaq üçün milyonlar xərcləyir

ABŞ-dan olan 33 yaşlı bloqqer Aleira Avendainho tədricən bədəninin parametrlərini dəyişməyə davam edir. Onun beli cəmi 46 sm-ə çatıb. Belə dəyişikliklər qadına ...

Müntəzəm uçuş sövdələşməyə çevrildi: Sərnişinə pul ödənildi

ABŞ-da “Tampa-Nyu-York” reysi ilə uçan sərnişin sadəcə oturacaqların dəyişdirilməsinə razılıq verdiyi üçün pul alıb. Bu vəziyyət insanlar arasında y...

Premiyasız qalan işçilərdən biri qeyri-adi qisas aldı

Bir sosial şəbəkə istifadəçisi, ədalətsizliyə görə mağaza rəhbərliyindən intiqam almaq qərarına gəldiyi barədə heyrətamiz hekayə paylaşıb. Bunun üçün gənc adam ...

Rusiyada “An-24” təyyarəsinin qalıqları tapılıb: Sağ qalan yoxdur

İtmiş “An-24” təyyarəsinin qalıqları Tyndadan 15 kilometr aralıda tapılıb. İlkin məlumata görə, təyyarədə olan 46 nəfərdən heç biri sağ qalmayıb. ...

XIV Qəbələ Beynəlxalq Musiqi Festivalının təntənəli açılış mərasimi oldu - FOTO

İyulun 24-də XIV Qəbələ Beynəlxalq Musiqi Festivalının təntənəli açılış mərasimi olub.    “Qafqazinfo” xəbər verir ki, Heydər Əliyev...

Lənkəranın mərkəzində mağaza yanır

Lənkəran şəhərinin mərkəzində yerləşən mağazaların birində yanğın başlayıb.   Sfera.az-ın  məlumatına görə, yanğın hadisəsi şəhərin “DOSA&...