Azərbaycan XİN başçısının müavini AŞ ölkələrinin illik nazirlər sessiyasında İŞTİRAK EDƏCƏK

Azərbaycan XİN başçısının müavini AŞ ölkələrinin illik nazirlər sessiyasında İŞTİRAK EDƏCƏK

Azərbaycan xarici işlər nazirinin müavini Fariz Rzayev Avropa Şurasına (AŞ) üzv ölkələrin xarici işlər nazirlərinin illik sessiyasında iştirak edəcək.

 

Bu barədə Sfera.az-a Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

 

Builki illik sessiya mayın 17-də Strasburqda baş tutacaq.

 

Gündəlikdə Rusiyanın Ukraynaya qarşı təcavüzünə cavab olaraq Avropa Şurasının görməyə davam etdiyi tədbirlər, dövlət və hökumət başçılarının 2023-cü il sammitində qəbul edilmiş Reykyavik Bəyannaməsinin həyata keçirilməsi və süni intellekt, insan hüquqları, demokratiya və qanunun aliliyi üzrə Çərçivə Konvensiyasının qəbulu məsələləri yer alacaq.

 

Nazirlər təşkilatın insan hüquqları, o cümlədən sosial hüquqlar və uşaq hüquqları, təhsil və mədəniyyət, vətəndaş cəmiyyəti və gənclərin iştirakı, rəqəmsal texnologiyalar dövründə insan hüquqları, miqrasiya və insan alveri, gender bərabərliyi və ətraf mühit və s. kimi sahələrdə fəaliyyətini nəzərdən keçirəcəklər.

 

Nazirlərin iclasından sonra Lixtenşteyn Nazirlər Komitəsinə sədrliyi Litvaya verəcək.


OXŞAR XƏBƏRLƏR

Dünyanın ən kiçik belinə sahib olmaq üçün milyonlar xərcləyir

ABŞ-dan olan 33 yaşlı bloqqer Aleira Avendainho tədricən bədəninin parametrlərini dəyişməyə davam edir. Onun beli cəmi 46 sm-ə çatıb. Belə dəyişikliklər qadına ...

Müntəzəm uçuş sövdələşməyə çevrildi: Sərnişinə pul ödənildi

ABŞ-da “Tampa-Nyu-York” reysi ilə uçan sərnişin sadəcə oturacaqların dəyişdirilməsinə razılıq verdiyi üçün pul alıb. Bu vəziyyət insanlar arasında y...

Premiyasız qalan işçilərdən biri qeyri-adi qisas aldı

Bir sosial şəbəkə istifadəçisi, ədalətsizliyə görə mağaza rəhbərliyindən intiqam almaq qərarına gəldiyi barədə heyrətamiz hekayə paylaşıb. Bunun üçün gənc adam ...

Rusiyada “An-24” təyyarəsinin qalıqları tapılıb: Sağ qalan yoxdur

İtmiş “An-24” təyyarəsinin qalıqları Tyndadan 15 kilometr aralıda tapılıb. İlkin məlumata görə, təyyarədə olan 46 nəfərdən heç biri sağ qalmayıb. ...

XIV Qəbələ Beynəlxalq Musiqi Festivalının təntənəli açılış mərasimi oldu - FOTO

İyulun 24-də XIV Qəbələ Beynəlxalq Musiqi Festivalının təntənəli açılış mərasimi olub.    “Qafqazinfo” xəbər verir ki, Heydər Əliyev...

Lənkəranın mərkəzində mağaza yanır

Lənkəran şəhərinin mərkəzində yerləşən mağazaların birində yanğın başlayıb.   Sfera.az-ın  məlumatına görə, yanğın hadisəsi şəhərin “DOSA&...