ABŞ-dən Çin mallarına QADAĞA: Bu məhsullara 100 faiz rüsum tətbiq olunacaq  

ABŞ-dən Çin mallarına QADAĞA: Bu məhsullara 100 faiz rüsum tətbiq olunacaq  

ABŞ hökuməti Çindən alınan mallara, əsasən də elektrik avtomobilləri və günəş panellərinin idxalına rüsumları kəskin şəkildə artırıb. İdxal zamanı elektrik avtomobillərinə görə ödənilən rüsum malın dəyərinin 100 faizi qədərində, günəş panellərinə görə malın dəyərinin 50 faizi qədərində olacaq. 

 

Sfera.az xəbər verir ki, ABŞ hökumətinin son qərarını şərh edən iqtisadçı-ekspert Natiq Cəfərli bu addımın daxili bazarı qorumaq, Çinlə mübarizə aparmaq məqsədi daşıdığını bildirib. 

 

Amma ekspertin fikrincə, ABŞ bu cür sərt tədbirlərə əl atmaqla özünün liberal dəyərlərinə qarşı çıxır: “ABŞ-nin indiki administrasiyası, Demokratik Partiya dünyada “yaşıl gündəm”, “iqlim dəyişikliyi” kimi mövzuları qabardır, bu məsələləri dünyanın əsas prioriteti elan edir. Yaxşı, əgər əsas məsələ ekologiya, iqlimdirsə, bu sahədə pozitiv dəyişikliklərə xidmət etməli olan elektrik avtomobilləri və günəş panellərinə niyə ağır rüsum qoyub qiymətini artırmalısan ki?! Deməli, iqlim, ekologiya bəhanədir, məqsəd milli maraqlardır, biznesdir, puldur. 


ABŞ və Qərbi Avropanı inkişaf etdirən, rifah yaradan, iqtisadi və elmi yüksəlişə aparan yol iqtisadi liberalizm, azad bazar, rəqabətli mühit olub. Təəssüf ki, SSRİ dağılandan, dünyada tək və rəqibsiz güc olandan sonra kollektiv Qərb iqtisadi liberalizmdəm sosializmin və dövlət iqtisadiyyatının başqa bir forması olan “over-regulation”, yəni həddən artıq tənzimləmə modelinə keçdi, dövlətin iqtisadiyyata müdaxiləsinin yeni formalarını yaratdılar. Bu gün kollektiv Qərbin ən böyük problemi kapitalizmin bütün təməl prinsiplərini pozmasıdır. İndi Qərb dövlətləri iqtisadiyyata kəskin müdaxilə edir, müqəddəs olan, sistemin təməlini təşkil edən özəl mülkiyyəti tapdalayır”.


 
N.Cəfərli düşünür ki, Qərb hökumətlərinin bu cür davranışı uğurlu olmayacaq, problemlər yaradacaq. O hesab edir ki, iqtisadiyyatda əsl liberalizm yenidən hakim olmalıdır, iqlim dəyişikliyi, ekologiya kimi mövzulardan öz maraqları çərçivəsində istismara son qoyulmalıdır.

 

Vasif
 


OXŞAR XƏBƏRLƏR

İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədov Şuşa rayonunun Daşaltı kəndində - FOTO

İyulun 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov Şuşa rayonunun Daşaltı kəndin...

İstilər 41 dərəcəyə çatanda, bu yerlərdə işlər dayandırılmalıdır! - RƏSMİ

Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 233-cü maddəsinə əsasən, işçilər havanın temperaturu azı 41 dərəcə selsidən çox olan isti və açıq şəraitli iş yerlə...

"İran Prezidentinin maşınına benzin əvəzi su vuruldu və yolda..."

İran Prezidenti Məsud Pezeşkian qeyri-rəsmi səfər çərçivəsində Təbrizə gedərkən  qeyri-adi vəziyyətlə üzləșib.    Sfera.az xəbər verir ki P...

Bu bürclər üçün həyat yenidən başlayır

2025-ci ilin iyul ayı bəzi bürclər üçün dönüş nöqtəsi gətirəcək.   Sfera.az xəbər verir ki, dəyişikliklər karyeraya, şəxsi münasibətlərə və ya d...

Laçındakı yanğına görə 3 nəfər məsuliyyətə cəlb olundu

İyulun 16-da Laçın rayonunun Hoçaz və Mollalar kəndləri ətrafında dağlıq ərazidə baş vermiş meşə yanğını ilə bağlı aparılmış araşdırmalar nəticəsində yanğın had...

İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədov Füzulidəki dağıntılara baxdılar - FOTO

İyulun 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov Füzuli şəhərinin dağıdılmış y...