“Azərbaycan ailəsi: dəyişən və dəyişməyən dəyərlər” mövzusunda konfrans keçirildi

“Azərbaycan ailəsi: dəyişən və dəyişməyən dəyərlər” mövzusunda konfrans keçirildi

15 may Beynəlxalq ailə günündə Sosial Tədqiqatlar Mərkəzində “Azərbaycan ailəsi: dəyişən və dəyişməyən dəyərlər” mövzusunda konfrans keçirilib.

 

Sfera.az xəbər verir ki, konfransda STM-in 2023-cü il ərzində həyata keçirdiyi sorğular əsasında tərtib olunan “Müasir Azərbaycan ailəsi” analitik hesabatının birinci buraxılışı təqdim edilib. 

 

Açılış nitqində STM-in İdarə heyətinin sədri, Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc Azərbaycan cəmiyyətində ailəyə verilən dəyər və ailə məsələləri ilə bağlı həssaslığa, ənənələrə sadiqliyə, eyni zamanda yeni tendensiyalara toxunub.

 

Mediasiya Şurasının İdarə heyətinin sədri Nadir Adilov ailə münaqişələrinin həllində tədqiqat əsaslı strategiyaların vacibliyindən danışdı. Tədbirdə Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin əməkdaşı Nuranə Həsənova, Azərbaycan Milli Elmlər Akademiyasının Antropologiya mərkəzinin rəhbəri, professor Əliağa Məmmədli və s. sözügedən məsələlərlə bağlı çıxışlar ediblər. 

 

STM-in sektor müdiri və analitik hesabatın müəllifi Humay Axundzadə hesabatın mühüm istiqamətlərinə əsaslanan təqdimat məruzəsi ilə çıxış edib. 

 

Hesabat 3478 respondentin rəyini əks etdirib. Mövzuların təhlilində respondentlərin cavablarının ümumi göstəricilərilə yanaşı, müxtəlif sosial-demoqrafik qrupların da nəticələri təqdim olunur. Bu, ekspert və oxuculara onları maraqlandıran məsələlərlə bağlı müstəqil olaraq müqayisə və təhlil etmək, öz tədqiqat işlərində istinad etmək imkanı verir.

 

Hesabatda irəli sürülən problemlər ailəyə aid məsələlərin geniş spektrini əhatə edir: Azərbaycan insanının ailə dedikdə, ilk növbədə hansı birgəyaşayış formasını təsəvvür etməsi, ailə başçısı rolunda kimi görməsi, valideynlik borcuna yanaşması, ailənin bünövrəsində hansı amilləri vacib hesab etməsi, müasir ailələrimizin adətən hansı tanışlıq üsulu ilə qurulması, qadınların həyat tərzinə aid sosial normalar, ailənin gender nizamı, ailə yaddaşının əsası olan amillər, ailə tarixinə maraq, ailə ənənələrinə münasibət və s. məsələlər hesabatda öz əksini tapıb. Vaxtaşırı ictimai müzakirələrdə xüsusi yer alan boşanma və məişət zorakılığı ilə bağlı mövzulara da yer verilib. 


Aparılmış tədqiqatın əsas məqsədi Azərbaycan cəmiyyətinin çağdaş ictimai fikrində ailə ilə bağlı qeyd olunan mühüm məsələlərin necə yer alması, bu istiqamətdə ümumi mənzərənin və sosial-demoqrafik fərqlərin, təkrarlanan tendensiyaların sosial tədqiqatçılar və ailə problemləri ilə maraqlanan geniş oxucu kütləsinə təqdim edilməsidir. Ümid edirik ki, ictimaiyyətə açıqlanan nəticələr sözügedən məsələlər haqqında ekspert rəyi və ictimai müzakirələrin tədqiqat əsaslı göstəricilərə istinadını təşviq edəcək. 

 

Konfransda həmçinin BDU-nun Sosial və pedaqoji psixologiya kafedrasının dosenti Lalə Cabbarova, Xəzər Universitetinin psixologiya departamentinin koordinatoru, Xəzər Psixoloji Mərkəzinin rəhbəri Mələk Kərimova müasir Azərbaycan ailəsinin aktual psixoloji məsələlərinə dair məruzələrlə çıxış ediblər. 

 

Daha sonra tədbirdə iştirak edən ali məktəb nümayəndələri, ekspertlər, QHT nümayəndələri çıxışlar edib, müzakirələr aparılıb.

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR

Araşdırmaya görə, ən tənha insanların yaşadığı yerlər məlum olub

Yunanıstan və Kiprdəki səmavi mənzərələr və günəş işığının bolluğu insanın belə gözəllikdə həqiqətən xoşbəxt olacağına zəmanət vermir. Bu yerlər özünü tənha his...

Böyük evinin olmasına baxmayaraq 4 ildir maşında yaşayır - FOTO

Çinli proqramçı Zhang Yunlai öz dörd mərtəbəli evinin olmasına baxmayaraq, dörd ildir ki, elektrik avtomobilində yaşayır. Kişi bu seçimi azadlığı və rahatlığı ü...

Niyə bəzi ölkələrdə həbsxanadan qaçmaq cinayət sayılmır?

Həbsxanadan qaçmağın hər yerdə ağır cəzaya səbəb olduğunu düşünürsənsə, yanılırsan. Bəzi ölkələrdə məhbusların qaçmağa cəhdləri tamam fərqli anlayışla qarşılanı...

Ağcabədidə ağır qəza, iki hərbçi həlak oldu- VİDEO

Ağcabədidə baş verən qəzada iki nəfər ölüb.    Sfera.az-ın xəbərinə görə, hadisə rayon ərazisində baş verib.   Belə ki, hərəkətdə ola...

Azərbaycanda ən çox hansı avtomobillər kreditlə alınır?

2024-cü il üzrə Azərbaycanda fiziki şəxslər tərəfindən alınan istehlak kreditləri çərçivəsində avtomobil kreditlərinin strukturu dəyişib, ekoloji cəhətdən daha ...

“Yalı Çapkını”nın andiçmə mərasimi oldu - VİDEO

“Yalı Çapkını”nın Feriti Mert Ramazan Demirim əsgərlikdən görüntüləri yayılıb.   Sfera.az xəbər verir ki, Hatayda ödənişli hərbi xidmətdə...