Ərdoğan təcili iclas ÇAĞIRDI: “Türkiyədə çevriliş cəhdi ola bilər” 

Ərdoğan təcili iclas ÇAĞIRDI: “Türkiyədə çevriliş cəhdi ola bilər” 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkədə çevriliş təhlükəsi ilə əlaqədar təcili iclas çağırıb.

 

Sfera.az bildirir ki, bu barədə “Türkiye” qəzeti məlumat yayıb.

 

Qeyd olunub ki, Türkiyədə cinayət təşkilatı “Ayhan Bora Kaplan”la əlaqədə ittiham olunan Ankara Təhlükəsizlik Müdirliyində bir neçə polisin işdən çıxarılması böyük həyəcana səbəb olub. Rəqəmsal materialları ələ keçirmək üçün onların evlərində axtarış aparılıb.

 

Digər tərəfdən, Milliyyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Baxçalı parlamentdəki fraksiya iclasında bildirib ki, baş verənlər Ərdoğanı devirmək üçün sui-qəsdin olduğunu göstərə bilər. O, əməliyyatları yalnız bir neçə polis əməkdaşının işdən çıxarılması ilə məhdudlaşmamağa çağırıb.

 

Baxçalı həmçinin, Türkiyədə dövlət çevrilişi cəhdinin təkrarlanması ehtimalı ilə bağlı xəbərdarlıq edib.

 

“Ərdoğan Baxçalının açıqlamalarından sonra Prezident İqamətgahında Ədliyyə naziri Yılmaz Tunç və Milli Kəşfiyyat Təşkilatının rəhbəri İbrahim Kalınla təcili gecə görüşüb”, - nəşr qeyd edib.

 

Ərdoğanın bu gün hakim partiyanın parlamentdə geniş tərkibdə iclasında bu mövzuda çıxış edəcəyi gözlənilir.

 

Günay


OXŞAR XƏBƏRLƏR

“Kurtlar Vadisi Pusu”nun aktyoru vəfat etdi

Türkiyənin məşhur “Kurtlar Vadisi Pusu” serialında “Cevat Akarsu” obrazı ilə tanınan aktyor Şekip Taşpınar dünyasını dəyişib.   ...

Azərbaycanda ipoteka predmetinin satışı qaydası dəyişir

Azərbaycanda tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üs...

Daha bir azərbaycanlı ailə Rusiyadan deportasiya edildi

Rusiyanın Sankt-Peterburq şəhərində polis Nevski rayonunda yeniyetmələr arasında baş vermiş münaqişənin daha bir iştirakçısını - 15 yaşlı Azərbaycan vətəndaşını...

Leyla Əliyevanın doğum günüdür

Heydər Əliyev Fondunun vitse-prezidenti, "Xocalıya Ədalət" kampaniyasının təşəbbüskarı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməraml...

Prezident Mirziyoyevlə görüşündən paylaşım etdi - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyev sosial şəbəkə hesabında ölkəmizdə dövlət səfərində olan Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşü ilə bağlı paylaşım e...

Qarabağ suvarma kanalınında batan yeniyetmənin meyiti tapıldı

Ötən gün Qarabağ suvarma kanalının Ağcabədi rayonu, Salmanbəyli kəndindən keçən hissəsində 1 nəfərin batması barədə daxil olmuş məlumat əsasında FHN-in Kiçikhəc...