Abşeronda 3 gün öncə qəzaya düşən tələbə öldü

Hadisə
22:42 / 14.05.2024
4419
Abşeronda 3 gün öncə qəzaya düşən Sumqayıt Dövlət Universitetinin tələbəsi dünyasını dəyişib.
Sfera.az xəbər verir ki, 23 yaşlı tələbə xəstəxanada ölüb.
Xatırladaq ki, mayın 12-də Abşeron rayonunda ağır yol nəqliyyat hadisəsi qeydə alınıb. Hadisə zamanı 2001-ci il təvəllüdlü Məmməd Vüsal oğlu Allahbaxış ağır xəsarət alıb.
O dərhal Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb, 3 gün ərzində göstərilən tibbi yardımlara baxmayaraq yaralı bu gün ölüb.
Faktla bağlı araşdırma aparılır.