Məşhur Hollivud aktyoru Nyu-Yorkun mərkəzində döyülüb

Məşhur Hollivud aktyoru Nyu-Yorkun mərkəzində döyülüb

66 yaşlı amerikalı aktyor Stiv Buskemi Manhettendə gəzərkən naməlum şəxsin hücumuna məruz qalıb. Qeyd edək ki, Steve Buscemi Nyu Yorkda təsadüfi zorakılığın ilk qurbanı deyildi. 

 

Sfera.az bildirir ki, mart ayında aktyorun “Boardwalk Empire” serialındakı rol yoldaşı Maykl Stuhlbarq naməlum şəxs tərəfindən hücuma məruz qalıb.

 

Hüquq-mühafizə orqanlarının məlumatına görə, naməlum şəxs aktyora hücum edib, sifətinə güclü zərbələr vurub, sonra isə qaçıb.  Dərhal xəstəxanaya çatdırılan aktyorun sol gözündə göyərmə, şişlik və qanaxma var. 

 

"Stiv Buscemi Manhettenin mərkəzində hücuma məruz qalıb. O, şəhər mərkəzində təsadüfi zorakılığın növbəti qurbanıdır. Hal-hazırda vəziyyəti yaxşıdır və hər kəsə xoş diləklərinə görə təşəkkür edir"- deyə aktyorun nümayəndəsi bildirib.


Artıq internetdə şübhəlinin müşahidə kameraları tərəfindən çəkilmiş şəkli yayılıb. Hücum edən şəxs tünd beysbol papağı, göy rəngli köynək, qara şalvar və ağ idman ayaqqabısı olan hündürboy, qaradərili kişidir.

 

Qeyd edək ki, Stiv Buscemi Nyu-Yorkda böyüyüb. Aktyorluq karyerasına başlamazdan əvvəl 1980-ci illərdə Bruklində yanğınsöndürən kimi çalışıb. O, 11 sentyabr hücumlarında da,Dünya Ticarət Mərkəzində dağıntıları təmizləyənlər arasında olub. 

 

Buscemi “Emmy” və “Qızıl Qlobus” mükafatlarının sahibidir. Ona dünya şöhrətini “Ayrılıq baxışları” (1986), “Nyu-York hekayələri” (1989), “Sirli qatar” (1989), “Rezervuar itləri” (1992), “Desperado” (1995) kimi filmlər gətirib. Həmçinin “Hava həbsxanası” (1997), “Armageddon” (1998), “Boz zona” (2001), “Kabuslar dünyası” (2001), “Böyük balıq” (2003) və “Stalinin ölümü” (2017) də ona çox uğur gətirib. O, həmçinin “Millerin Kəsişməsi” (1990), “Barton Fink” (1991), “Hudsucker's Hench” (1994), “Farqo” (1996) və “The Big Lebowski” (1998) filmlərində rol aldığı Koen qardaşları ilə əməkdaşlıqları ilə də tanınır.


Televiziyada isə Buscemi daha çox HBO kriminal serialı “Boardwalk Empire” (2010-2014) filmindəki Tompson rolu ilə tanınır. Bu rol ona “Qızıl Qlobus” Mükafatı, iki “Ekran Aktyorları Gildiyası” Mükafatı və iki “Emmi” nominasiyası qazandırıb.

 

Qeyd etdiyimiz kimi, aktyorun başına gələnlər Nyu-Yorkda ilk belə təsadüfi hücum deyil. Martın 31-də Busceminin tərəf müqabili Maykl Stuhlbarq Manhettendə Mərkəzi Parkda gəzərkən başının arxasına daş ilə zərbə endirilib.

 

Aysel

Sfera.az


OXŞAR XƏBƏRLƏR

“Kurtlar Vadisi Pusu”nun aktyoru vəfat etdi

Türkiyənin məşhur “Kurtlar Vadisi Pusu” serialında “Cevat Akarsu” obrazı ilə tanınan aktyor Şekip Taşpınar dünyasını dəyişib.   ...

Azərbaycanda ipoteka predmetinin satışı qaydası dəyişir

Azərbaycanda tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üs...

Daha bir azərbaycanlı ailə Rusiyadan deportasiya edildi

Rusiyanın Sankt-Peterburq şəhərində polis Nevski rayonunda yeniyetmələr arasında baş vermiş münaqişənin daha bir iştirakçısını - 15 yaşlı Azərbaycan vətəndaşını...

Leyla Əliyevanın doğum günüdür

Heydər Əliyev Fondunun vitse-prezidenti, "Xocalıya Ədalət" kampaniyasının təşəbbüskarı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməraml...

Prezident Mirziyoyevlə görüşündən paylaşım etdi - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyev sosial şəbəkə hesabında ölkəmizdə dövlət səfərində olan Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşü ilə bağlı paylaşım e...

Qarabağ suvarma kanalınında batan yeniyetmənin meyiti tapıldı

Ötən gün Qarabağ suvarma kanalının Ağcabədi rayonu, Salmanbəyli kəndindən keçən hissəsində 1 nəfərin batması barədə daxil olmuş məlumat əsasında FHN-in Kiçikhəc...