3 polis öldürüldü, narkobaron qaçırıldı - FOTO

3 polis öldürüldü, narkobaron qaçırıldı - FOTO

Fransanın şimalında səs-küylü insident baş verib.


Sfera.az xəbər verir ki, silahlı şəxslər məşhur narkotik alverçisi, "Milçək" ləqəbli Məhəmməd Əmrini daşıyan mikroavtobusa hücum ediblər. Maskalı hücumçular üç mühafizəçini öldürüb, üç nəfəri yaralayıb.


Hücum Fransa vaxtı ilə saat 11:00 radələrində pullu yol ödəniş məntəqəsinin yaxınlığında baş verib. Məhkum Rouen şəhərindən furqonlu mikroavtobusla aparılan zaman atışma baş verib. Hücum edənləri avtobusun yanından keçən sərnişinlər lentə alıblar. 


Hücum edənlər “Audi” və “BMW” markalı avtomobillərdə olublar. Fransanın ədliyyə naziri Erik Dupont-Moretti üç mühafizəçinin öldürülüb, üç nəfərin isə ağır yaralandığını bildirib.

 

Atışmadan sonra silahlı şəxslər məhbus qaçıra biliblər. Hal-hazırda axtarış davam edir. Onların axtarışına 200-ə yaxın polis cəlb olunub. Hücum edənlərdən birinin yaralandığı da bildirilir. Maraqlıdır, amma “Milçəyin” nəqliyyat marşrutunu heç kim bilməyib. Hücum edənlərin qaçdığı ağ rəngli “Audi A5” qonşu şəhərdə yanar halda tapılıb.

 

Yerli polis mənbəsinin məlumatında: 

 

"Atışma İnkarvildə ödəniş məntəqəsində baş verib. Kalaşnikovlardan istifadə olunduğu güman edilir" - bildirilir. 

 

Qaçan “Milçək” ləqəbli məhbus, 30 yaşlı narkotik satıcısı Məhəmməd Əmra yerli “məşhur”dur. Keçən həftə o, Normandiyanın Evreux ətrafında yerləşən supermarket və mağazalardan silsilə oğurluqlara görə 18 ay həbs cəzasına məhkum edilib. O, həmçinin Saint-Etienne-du-Rouvray şəhərində adam öldürməyə cəhddə və 2022-ci ilin iyununda Marseldə qəsdən adam öldürmə maddəsi ilə ittiham olunur.

 

Məhəmmədin hadisədən iki gün əvvəl də kameradan qaçmağa çalışdığı bildirilir. O, karserə salınıb və nəzarət səviyyəsi artırılıb.

 

Aysel

Sfera.az


OXŞAR XƏBƏRLƏR

“Kurtlar Vadisi Pusu”nun aktyoru vəfat etdi

Türkiyənin məşhur “Kurtlar Vadisi Pusu” serialında “Cevat Akarsu” obrazı ilə tanınan aktyor Şekip Taşpınar dünyasını dəyişib.   ...

Azərbaycanda ipoteka predmetinin satışı qaydası dəyişir

Azərbaycanda tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üs...

Daha bir azərbaycanlı ailə Rusiyadan deportasiya edildi

Rusiyanın Sankt-Peterburq şəhərində polis Nevski rayonunda yeniyetmələr arasında baş vermiş münaqişənin daha bir iştirakçısını - 15 yaşlı Azərbaycan vətəndaşını...

Leyla Əliyevanın doğum günüdür

Heydər Əliyev Fondunun vitse-prezidenti, "Xocalıya Ədalət" kampaniyasının təşəbbüskarı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməraml...

Prezident Mirziyoyevlə görüşündən paylaşım etdi - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyev sosial şəbəkə hesabında ölkəmizdə dövlət səfərində olan Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşü ilə bağlı paylaşım e...

Qarabağ suvarma kanalınında batan yeniyetmənin meyiti tapıldı

Ötən gün Qarabağ suvarma kanalının Ağcabədi rayonu, Salmanbəyli kəndindən keçən hissəsində 1 nəfərin batması barədə daxil olmuş məlumat əsasında FHN-in Kiçikhəc...