Azərbaycan və Özbəkistan hərbi mütəxəssislərinin işçi görüşü KEÇİRİLDİ

Azərbaycan və Özbəkistan hərbi mütəxəssislərinin işçi görüşü KEÇİRİLDİ

"Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Özbəkistan Respublikası Müdafiə Nazirliyi arasında 2024-cü il üçün imzalanmış ikitərəfli əməkdaşlıq Planı"na əsasən, Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində hər iki ölkənin hərbi mütəxəssisləri arasında işçi görüş keçirilib.

 

Sfera.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

 

Bildirilib ki, özbəkistanlı qonaqlara Müdafiə Nazirliyinin Şəxsi Heyət baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin zabitləri tərəfindən Azərbaycan Ordusunda ideoloji işin təşkili və hərbi psixoloqların hazırlığı istiqamətində görülən işlərdən danışılıb, eləcə də idarənin əsas fəaliyyət istiqamətlərinə dair brifinq təqdim edilib.

 

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan şanlı Qələbəyə səbəb olan amillərdən birinin də məhz Azərbaycan Ordusunun şəxsi heyətinin yüksək mənəvi-psixoloji hazırlığının olduğu xüsusi vurğulanıb. Şəxsi heyətin tərbiyəvi, ideoloji, mənəvi-psixoloji işinin təşkil edilməsinin öyrənilməsi və informasiya-psixoloji əməliyyatlara qarşı mübarizə sahəsində təcrübə mübadiləsi məqsədilə keçirilən görüşdə qarşılıqlı maraq doğuran məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb və bu cür görüşlərin əhəmiyyəti diqqətə çatdırılıb.

 

Görüşdə, həmçinin nümayəndə heyətinə Azərbaycan Ordusunda ideoloji işin və mənəvi-psixoloji hazırlığın təşkili barədə ədəbiyyatlar və müxtəlif dərs vəsaitləri təqdim olunub.


OXŞAR XƏBƏRLƏR

Dünyanın ən kiçik belinə sahib olmaq üçün milyonlar xərcləyir

ABŞ-dan olan 33 yaşlı bloqqer Aleira Avendainho tədricən bədəninin parametrlərini dəyişməyə davam edir. Onun beli cəmi 46 sm-ə çatıb. Belə dəyişikliklər qadına ...

Müntəzəm uçuş sövdələşməyə çevrildi: Sərnişinə pul ödənildi

ABŞ-da “Tampa-Nyu-York” reysi ilə uçan sərnişin sadəcə oturacaqların dəyişdirilməsinə razılıq verdiyi üçün pul alıb. Bu vəziyyət insanlar arasında y...

Premiyasız qalan işçilərdən biri qeyri-adi qisas aldı

Bir sosial şəbəkə istifadəçisi, ədalətsizliyə görə mağaza rəhbərliyindən intiqam almaq qərarına gəldiyi barədə heyrətamiz hekayə paylaşıb. Bunun üçün gənc adam ...

Rusiyada “An-24” təyyarəsinin qalıqları tapılıb: Sağ qalan yoxdur

İtmiş “An-24” təyyarəsinin qalıqları Tyndadan 15 kilometr aralıda tapılıb. İlkin məlumata görə, təyyarədə olan 46 nəfərdən heç biri sağ qalmayıb. ...

XIV Qəbələ Beynəlxalq Musiqi Festivalının təntənəli açılış mərasimi oldu - FOTO

İyulun 24-də XIV Qəbələ Beynəlxalq Musiqi Festivalının təntənəli açılış mərasimi olub.    “Qafqazinfo” xəbər verir ki, Heydər Əliyev...

Lənkəranın mərkəzində mağaza yanır

Lənkəran şəhərinin mərkəzində yerləşən mağazaların birində yanğın başlayıb.   Sfera.az-ın  məlumatına görə, yanğın hadisəsi şəhərin “DOSA&...