Ermənistandakı etirazların arxasında hansı qüvvələr dayanır? - AÇIQLAMA

Ermənistandakı etirazların arxasında hansı qüvvələr dayanır? - AÇIQLAMA

“Hərəkatın arxasında konkret bir xarici qüvvənin dayandığını demək çətindir. Bu, “erməni miflərinin” dağılmasından qorxuya düşən kilsə və diasporun birgə planı olaraq görünür”.

 

Sfera.az bildirir ki, bunu siyasi şərhçi Asif Nərimanlı Ermənistanda keşiş Baqrat Qalstyanın rəhbərlik etdiyi etiraz aksiyalarından danışarkən deyib. O qeyd edib ki, prosesi dəstəkləyən, yaxud hadisələrin inkişafında dəstəkləyə biləcək ölkələr var:

 

“Birincisi, Paşinyana daxili təzyiqləri dəstəkləyən Rusiyadır. Ermənistan hakimiyyətinin Rusiyanı ittiham etməsi “Moskvanın Paşinyanı devirmək” tezisini inkişaf etdirmək, müdaxilə edildikdən Qərbdən dəstək əldə etmək, ümumilikdə hərəkatı “etibarsızlaşdırmaq” məqsədi daşıyır. Lakin Moskva birbaşa iştirakçı yox, maraqlı tərəfdir və ona yaxın qüvvələrin Baqratın ətrafına toplanmasında rolu istisna edilməməlidir. Bu kontekstdə Baqrat Tavuşdan İrəvana yürüş etmək qərarını verəndə Koçaryanın “təcili dəstəyi” də diqqət çəkdi. Koçaryan həm də kilsənin uğur qazanacağı təqdirdə, siyasi pay qazanmaq, xüsusilə yerinə hazırladığı oğlu Levonun önünü açmaq istəyir”.

 

Ekspertin fikrincə, ikinci maraqlı tərəf Fransa ola bilər:

 

“Rəsmi Parisin İrəvanla münasibətləri problemsiz görünsə də, Paşinyanın yanaşmaları bölgədəki maraqlarına uyğun görünmür. Fransa Qarabağ separatçılarının Bakıya qarşı təzyiq kartı kimi saxlanılmasını istəyir: bir müddət öncə Şahramanyana media tribunasının verilməsi də bundan qaynaqlanırdı. Bakı-İrəvan xəttində danışıqların ikitərəfli formatda olmasında maraqlı deyil: Qazax-Tavuş sərhədinin demarkasiyası da bu formata görə dəstəkləmədilər. Hadisələrin inkişafında Fransanın kilsənin planına müəyyən formada dəstək verməsi ehtimalı mümkündür. Parisin mövqeyinə Fransadakı erməni diasporunun də təsiri ola bilər. Misal üçün, Makronla birbaşa təması olan Murad Papazyan keşiş Baqratı dəstəkləyir. Keşiş Baqratın “Vətən üçün Tavuş hərəkatı” siyasi korporasiyaya bənzəyir: kilsə, həm Qərbdə, həm Rusiyadakı diaspor, “Qarabağ klanı”, Ermənistanda Moskvaya yaxın qüvvələr, bir sözlə Paşinyana qarşı olan hər kəs burada birləşir. Lakin hələ də Nikolun taxtını laxladacaq gücdə deyil”.

 

Günay


OXŞAR XƏBƏRLƏR

“Kurtlar Vadisi Pusu”nun aktyoru vəfat etdi

Türkiyənin məşhur “Kurtlar Vadisi Pusu” serialında “Cevat Akarsu” obrazı ilə tanınan aktyor Şekip Taşpınar dünyasını dəyişib.   ...

Azərbaycanda ipoteka predmetinin satışı qaydası dəyişir

Azərbaycanda tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üs...

Daha bir azərbaycanlı ailə Rusiyadan deportasiya edildi

Rusiyanın Sankt-Peterburq şəhərində polis Nevski rayonunda yeniyetmələr arasında baş vermiş münaqişənin daha bir iştirakçısını - 15 yaşlı Azərbaycan vətəndaşını...

Leyla Əliyevanın doğum günüdür

Heydər Əliyev Fondunun vitse-prezidenti, "Xocalıya Ədalət" kampaniyasının təşəbbüskarı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməraml...

Prezident Mirziyoyevlə görüşündən paylaşım etdi - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyev sosial şəbəkə hesabında ölkəmizdə dövlət səfərində olan Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşü ilə bağlı paylaşım e...

Qarabağ suvarma kanalınında batan yeniyetmənin meyiti tapıldı

Ötən gün Qarabağ suvarma kanalının Ağcabədi rayonu, Salmanbəyli kəndindən keçən hissəsində 1 nəfərin batması barədə daxil olmuş məlumat əsasında FHN-in Kiçikhəc...