Neft-qaz sektorunda kiçilmə davam edir – STATİSTİKA

Neft-qaz sektorunda kiçilmə davam edir – STATİSTİKA

Azərbaycanın neft-qaz sektorunda yaradılan əlavə dəyərin (ÜDM) real həcmində azalma 2024-cü ilin yanvar-aprel aylarında da davam edib. 


Sfera.az rəsmi məlumatlara istinadən xəbər verir ki, bu il neft-qaz sektorunda ÜDM istehsalı 0,1 faiz azalıb. 


Azalmaya səbəb neft hasilatının azalmasıdır. Azərbaycanda 2023-cü ilin yanvar-aprel aylarında 10,18 milyon ton neft hasil edildiyi halda bu ilin eyni dövründə 9,6 milyon ton hasil edilib. Müqayisə göstərir ki, bu il neft hasilatı 5,7 faiz azalıb. 


Neft hasilatında azalmanın daha çox hissəsi “Azəri-Çıraq-Günəşli” yataqlar blokunda müşahidə olunub. Bir il əvvəl burada 6,2 milyon ton neft çıxarılmışdısa, bu il hasil edilən neftin miqdarı 5,5 milyon tona geriləyib. 


2024-cü ilin ilk 4 ayında qaz hasilatı qismən artıb. Son bir ildə qaz hasilatı 16,2 milyard kub metrdən 16,7 milyard kub metrə çatıb. Qaz hasilatında artımın olmasına baxmayaraq, o, neft hasilatındakı azalmanı kompensasiya edə bilməyib. 


Vasif


OXŞAR XƏBƏRLƏR

“Kurtlar Vadisi Pusu”nun aktyoru vəfat etdi

Türkiyənin məşhur “Kurtlar Vadisi Pusu” serialında “Cevat Akarsu” obrazı ilə tanınan aktyor Şekip Taşpınar dünyasını dəyişib.   ...

Azərbaycanda ipoteka predmetinin satışı qaydası dəyişir

Azərbaycanda tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üs...

Daha bir azərbaycanlı ailə Rusiyadan deportasiya edildi

Rusiyanın Sankt-Peterburq şəhərində polis Nevski rayonunda yeniyetmələr arasında baş vermiş münaqişənin daha bir iştirakçısını - 15 yaşlı Azərbaycan vətəndaşını...

Leyla Əliyevanın doğum günüdür

Heydər Əliyev Fondunun vitse-prezidenti, "Xocalıya Ədalət" kampaniyasının təşəbbüskarı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməraml...

Prezident Mirziyoyevlə görüşündən paylaşım etdi - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyev sosial şəbəkə hesabında ölkəmizdə dövlət səfərində olan Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşü ilə bağlı paylaşım e...

Qarabağ suvarma kanalınında batan yeniyetmənin meyiti tapıldı

Ötən gün Qarabağ suvarma kanalının Ağcabədi rayonu, Salmanbəyli kəndindən keçən hissəsində 1 nəfərin batması barədə daxil olmuş məlumat əsasında FHN-in Kiçikhəc...