Muxtar Babayev İƏİT-in Baş katibi ilə GÖRÜŞDÜ

Siyasət
13:27 / 14.05.2024
1580
COP29-un prezidenti Muxtar Babayev İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) Baş katibi Matias Korman ilə görüşüb.
Sfera.az xəbər verir ki , bu barədə COP29-un "X" sosial şəbəkəsindəki rəsmi səhifəsində paylaşım edilib.
“Bu gün COP29-un prezidenti Muxtar Babayev qarşıdan gələn COP29-un məqsəd və imkanlarını müzakirə etmək üçün İƏİT-in Baş katibi Matias Korman ilə görüşüb. Həvəsləndirici görüşə və İƏİT-in "yaşıl maliyyələşdirmə" üzrə işi haqqında dəyərli məlumata görə təşəkkür edirik”, - paylaşımda qeyd edilib.