DİN kibertalama ilə bağlı əhaliyə MÜRACİƏT ETDİ: "Bu zəngləri bloklayın!"

DİN kibertalama ilə bağlı əhaliyə MÜRACİƏT ETDİ:

“Kiber talamaya məruz qalma riskləri artır, hər kəs diqqətli olmalıdır”.

 

Bunu Sfera.az-a açıqlamasında DİN-in Mətbuat Xidmətinin rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev deyib. O, vətəndaşların sosial şəbəkələrdə məruz qaldığı dələduzluq halları ilə bağlı suallara aydınlıq gətirib:

 

“Kiber talamaya məruz qalma riskləri gündən-günə artır. Üsullar fərqlidir, sosial şəbəkələrdə şübhə doğurmayacaq formada cinayətkar fəaliyyət var. Kiber üsulla hazırlanan nömrələrdən daxil olan şübhəli zənglərə, mesajlara qarşı tədbirli olun, danışmadan, yazışmadan bloklayın. Sizinlə danışan, yazışan Azərbaycan dilində sərbəst danışan xarici vətəndaş, hətta azərbaycanlı da ola bilər. O da ola bilər ki, o şəxs sizin haqqınızda tam məlumatlıdır, çünki barənizdə həmin məlumatları sosial şəbəkə üzərində olan qeydlərdən, yaxud dostlarınızdan, qohumlarınızdan götürüb. Şəxsi imkanlarınızı, varınızı, pulunuzu sosial şəbəkələrdə nümayiş etdirib diqqət çəkməyin. Cinayətkar qruplar tərəfindən profil və səhifə paylaşımlarınız, rəyləriniz nəzərdən keçirilir. Dostlarınız vasitəsilə sizi kimsə axtarırsa, ehtiyatlı olun, həmin şəxslə ünsiyyət yaratmayın”.

 

E.Hacıyev bildirib ki, kiber cinayətkarlıq – talamalar tək oğurluq əməllərini əhatə etmir:

 

“Sosial şəbəkələrdə dələduzluq halları da geniş vüsət alıb. Onlarla vətəndaş dələduzluq hallarının qurbanı olub. Təkcə ötən gün - mayın 13-də baş verən hadisələrə baxaq: Ayrı-ayrı vətəndaşlara məxsus bank kartlarından aldatma üsulu ilə 9000, 8485, 370, 425, 1482, 350, 165, 1420, 165, 140, 3000, 150, 350, 600, 3100, 360, 2700, 50, 25, 700, 2181 manat, 471 və 1850 ABŞ dolları məbləğində pul vəsaitləri talanıb. Faktların təhlili göstərir ki, vətəndaşlar İnstagram, Telegram, Feysbuk, Tik-Tokda səhifə, kanal və platformalar üzərindən əlavə gəlir qazanmaq, sığorta ödənişləri, turist səyahətləri, mebel sifarişi, qızıl satışı, ev-alqı satqısı, kirayə, kredit adı altında verilən yalan vədlərə inanaraq həmin tələb olunan məbləğləri başqa-başqa bank hesablarına köçürüblər. Sonradan həmin hesablar, linklər, telefon nömrələri dərhal qapadılıb”.

 

Günay


OXŞAR XƏBƏRLƏR

Putin Paşinyanı Ermənistanın Müstəqillik Günü münasibətilə təbrik etdi

Rusiya Prezidenti Vladimir Putin Ermənistanın Baş naziri Nikol Paşinyana Ermənistanın Müstəqillik Günü münasibətilə təbrik məktubu göndərib. Sfera.az&nbs...

Baş nazir QƏRAR İMZALADI

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısında dəyişiklik edilib.   Sfera.az xəbər verir ki...

Andrey Sibiqa: "Kreml Ukraynanın nüvə enerjisinin kritik obyektlərinə zərbələr endirməyə hazırlaşır"

Ukrayna xarici işlər naziri Andrey Sibiqa bildirib ki, Ukrayna kəşfiyyatının məlumatına görə, Kreml qışdan əvvəl Ukraynanın nüvə enerjisinin kritik obyektl...

Ukrayna “Vaqner”in bazasına zərbə endirdi, yanğın baş verdi

Bu gün Krasnodar diyarının Molkino şəhərində “Vaqner” özəl hərbi şirkətinin keçmiş bazasında yanğın baş verib.  Sfera.az Rusiya mediasına ...

“Tuğ” Qoruğunun Əsasnaməsi təsdiqləndi

“Tuğ” Dövlət Tarix-Memarlıq və Təbiət Qoruğunun Əsasnaməsi təsdiqlənib.   Sfera.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədo...

Dövlət Komitəsinin sədri Moskvada Beynəlxalq Müsəlman Forumunda çıxış etdi

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov “Sülh yolu: dialoq harmoniyalı birgəyaşayışın əsası kimi” mövzusunda XX Beynəlxalq M...