Baydendən Rusiya ilə bağlı SƏRƏNCAM - QADAĞAN EDİLDİ

Dünya
11:05 / 14.05.2024
5516
Co Bayden ABŞ-yə Rusiyada və ya rus şirkəti tərəfindən istehsal olunan şüalanmamış, az zənginləşdirilmiş uranın idxalını qadağan edən sərəncam imzalayıb.
Sfera.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti bildirib.
ABŞ-nin milli təhlükəsizlik müşaviri Ceyk Sallivan yaydığı bəyanatda qeyd edib ki, ölkə Prezidenti Co Baydenin imzaladığı qanun dinc nüvə enerjisi sahəsində Rusiyadan asılılığı azaltmaqla, son nəticədə isə aradan qaldırmaqla ölkənin enerji və iqtisadi təhlükəsizliyini gücləndirəcək. Onun sözlərinə görə, Baydenin xahişi ilə ABŞ Konqresinin təsdiq etdiyi 2,72 milyard dolların ayrılması ABŞ-də uranın zənginləşdirilməsi üçün potensialın yaradılmasına imkan verəcək.
Firuzə Əliyeva