Yemək yeyərkən telefondan istifadə edənlərin NƏZƏRİNƏ....

Yemək yeyərkən telefondan istifadə edənlərin NƏZƏRİNƏ....

Minho Universitetinin ( Portuqaliya ) alimləri müəyyən ediblər ki, yemək yeyərkən telefondan istifadə edən və ya televizora baxan uşaqlarda artıq çəkili olma ehtimalı əhəmiyyətli dərəcədə artır.
 

Sfera.az xəbər verir ki, bunu mayın 12-dən 15-dək İtaliyada keçirilən Avropa Obez Konqresində (ECO) təqdim olunan araşdırma göstərib.
 

Komanda altı yaşdan on yaşa qədər olan 735 uşağın yemək vərdişlərini təhlil edib. Onlar hər bir uşaqdan son 24 saat ərzində istehlak etdikləri qidaların növünü və miqdarını soruşublar və valideynlərdən övladlarının səhər yeməyi, nahar və şam yeməyi zamanı telefon və ya televizor ekranlarına baxıb-baxmadığını söyləmələrini istəyiblər.
 

Tədqiqatçılar müəyyən ediblər ki, yemək zamanı mobil cihazlardan istifadə etməyə və televizora baxmağa icazə verilən uşaqların artıq çəki alma ehtimalı cihazsız yemək öyrədilən uşaqlara nisbətən 15% çoxdur.
 

Alimlər deyirlər ki, yemək yeyərkən daim ekrana baxmaq uşaqlara tox olduqlarını dərk etmələrinə mane olur. Uzun müddətdə bu vərdiş tez-tez həddindən artıq yeməyə və bədən yağının artmasına rəvac verir.

İnci
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Emin Rusiyadakı konsertini ləğv etdi

Xalq artisti Emin Ağalarovun Rusyada planlaşdırılan konserti təxirə salınıb.   Sfera.az xəbər verir ki, müğənni iyulun 6-da Svetloqorsk şəhərində kon...

Gəncədə 1 yaşlı uşaq vəfat edib

Gəncədə 1 yaşlı uşaq xəstəxanada vəfat edib.   Sfera.az xəbər verir ki, Şəmkir rayon sakini 2024-cü il təvəllüdlü A. Məhərrəmov Gəncə şəhərində yerlə...

Bakı böyük oyuna girdi: Ərdoğan, Əliyev və Nikol birgə...

Təəssüf ki, bizim Prezident Administrasiyasında Sankt-Peterburq və Volqaboyundan kənarda heç nə görməyən və yalnız iqtisadiyyat üçün olduqlarını düşünən adamlar...

“Təbii sərvətlərin istifadəsi və məsuliyyətli investisiya üzrə arbitraj simulyasiyası” layihəsi həyata keçirildi

“Konstitusiya və Suverenlik İli” çərçivəsində 26-29 iyun tarixlərində Naxçıvan şəhərində “Təbii sərvətlərin istifadəsi və məsuliyyətli investi...

İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa yolunun açılışında - FOTO

İyulun 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa yolunun açılışında iştirak edib.   Sfera.az xəbər verir ki, Azə...

Şavkat Mirziyoyev: "İlham Heydər oğlu ilə idman barədə çox danışırıq"

"Mən, həmçinin futbol komandamıza görə də İlham Heydər oğluna çox təşəkkür edirəm. Bu, təsadüfi deyil, çünki biz İlham Heydər oğlu ilə idman barədə çox dan...