Reenkarnasiya nəticəsində yenidən doğulub, qatilini tapan uşaq

Stanford Universitetinin mütəxəssisləri tərəfindən araşdırılan “Titu hadisəsi” reenkarnasiyanın mühüm hadisələrindən biridir.
Sfera.az bu yazıda təsadüf olma ehtimalı qeyri-mümkün olan “Titu hadisəsi”nə daha yaxından nəzər salır.
Hindistanlı uşaq Titu 2,5 yaşında olanda ailəsinə keçmiş həyatı və Aqradakı köhnə evi haqqında danışmağa başlayıb.
Xatırladığı şeylər arasında keçmiş adının Sureş Verma, hətta Uma adlı qadından iki uşaq atası olması da olub.
Ailəsi əvvəlcə hadisəni ciddiyə almasa da, bir gün Titu keçmiş həyatında güllələnərək çaya atıldığını söylədikdə vəziyyətin rəngi dəyişməyə başlayır.
Ailə qorxmağa başlayır və Titunun qardaşını hadisənin həqiqətini araşdırmaq üçün Aqraya göndərir.
Qardaşı Aqraya gələndə Titunun dediklərini araşdırarkən, həqiqətən də qardaşının dediyi kimi "Sureş Radio" adlı mağazada iki uşağı olan Uma adlı dul qadının işlədiyini görür.
Qardaşı Titunun dediklərini Umaya deyəndə Uma dərhal Titu ilə görüşmək istəyir. Titu Aqraya gəlir və çox qəribə şəkildə hər iki uşağını görən kimi tanıyır. Hətta radio mağazasında kiçik dəyişikliklərin fərqinə varır.
Bu 2,5 yaşlı uşaq Umaya əvvəl getdikləri yarmarkadan danışır və evlərinin bağçasında basdırdıqları qızılları xatırladır.
Yarılma hesabatları araşdırıldığında, onun əvvəlki həyatında sağ tərəf gichahından vurulduğu və güllənin başının sol tərəfindən çıxdığı bildirilir. Bundan sonra Titunun saçları canlı olaraq qırxılır.
Canlı yayımda məlum olur ki, güllənin çıxdığı hissədə 2 çapıq var. Hər şeyin Titunun dediklərinə tam uyğun olması bütün dünyanı şoka salır.
Titu daha sonra Aqra məhkəməsinə qətlin digər təfərrüatlarını danışır və prokurorları işi yenidən açmağa inandırır. Titunun verdiyi məlumatdan sonra Sureşin qatili tutularaq və cinayətini etiraf edir.
Aysel
Sfera.az