Eyni anda həm ana, həm doktor oldu

Eyni anda həm ana, həm doktor oldu

ABŞ-ın Nyu-Cersi ştatında 40 yaşlı Tamia Brevard-Rodriguez ana olmağa hazırlaşarkən, tezis təqdimatı üzərində işləyirdi. 


O, həmin vaxt səkkiz aylıq hamilə olub. Doğum isə onun dissertasiya müdafiəsinin baş tutmalı olduğu gün başlayıb.

 

Sfera.az bildirir ki, Tamia Brevard-Rodriguez oğlu Enzo dünyaya gəldikdən təxminən yeddi saat sonra fakültə qarşısında dissertasiya müdafiə edib. Onun sözlərinə görə, doğumdan sonra bir az yatmalı, duş qəbul etməli və internetə girməli idi.

 

"Fiziki olaraq hamiləliyə hazır idim, amma psixoloji olaraq beynim uşağa uyğun deyildi, buna görə də mən çox emosional reaksiya verdim. Sözün əsl mənasında titrəyirdim".

 

Qadın Rutgers Universitetinin əməkdaşları və müəllimləri ilə hər şeyi planlaşdırmışdı. Lakin onun birdən-birə doğum vaxtı gəldikdə işlər plana uyğun getməyib. Tamia həyat yoldaşı Aliza Brevard-Rodrigezin gözlədiyi avtomobilə tərəf qaçıb. Onun sözlərinə görə, xəstəxanaya getmək zamanla yarışa çevrilib. Həmin anda yoldaşı şossedə 193 km/saat sürətlə avtomobil sürüb. Buna baxmayaraq, uşaq avtomobildə doğulub.


Xəstəxanada körpə Enzo müayinə edilib və hər şey qaydasında olub. Tamiya dissertasiyasına yaxşı hazırlaşdığı üçün övladı doğulduqdan təxminən yeddi saat sonra müdafiə işini təqdim edib.


Müdafiə tamamlanana qədər hamı doğuşdan xəbərsiz olub.

 

Aysel

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Emin Rusiyadakı konsertini ləğv etdi

Xalq artisti Emin Ağalarovun Rusyada planlaşdırılan konserti təxirə salınıb.   Sfera.az xəbər verir ki, müğənni iyulun 6-da Svetloqorsk şəhərində kon...

Gəncədə 1 yaşlı uşaq vəfat edib

Gəncədə 1 yaşlı uşaq xəstəxanada vəfat edib.   Sfera.az xəbər verir ki, Şəmkir rayon sakini 2024-cü il təvəllüdlü A. Məhərrəmov Gəncə şəhərində yerlə...

Bakı böyük oyuna girdi: Ərdoğan, Əliyev və Nikol birgə...

Təəssüf ki, bizim Prezident Administrasiyasında Sankt-Peterburq və Volqaboyundan kənarda heç nə görməyən və yalnız iqtisadiyyat üçün olduqlarını düşünən adamlar...

“Təbii sərvətlərin istifadəsi və məsuliyyətli investisiya üzrə arbitraj simulyasiyası” layihəsi həyata keçirildi

“Konstitusiya və Suverenlik İli” çərçivəsində 26-29 iyun tarixlərində Naxçıvan şəhərində “Təbii sərvətlərin istifadəsi və məsuliyyətli investi...

İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa yolunun açılışında - FOTO

İyulun 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa yolunun açılışında iştirak edib.   Sfera.az xəbər verir ki, Azə...

Şavkat Mirziyoyev: "İlham Heydər oğlu ilə idman barədə çox danışırıq"

"Mən, həmçinin futbol komandamıza görə də İlham Heydər oğluna çox təşəkkür edirəm. Bu, təsadüfi deyil, çünki biz İlham Heydər oğlu ilə idman barədə çox dan...