Fəhlələri daşıyan mikroavtobus qəzaya düşdü - Xəsarət alanlar var

Hadisə
18:27 / 13.05.2024
15230
Cəlilabad rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Sfera.az xəbər verir ki, hadisə Ələt-Astara avtomobil yolunun Cəlilabad rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, hərəkətdə olan “Prado” markalı minik avtomobili mikroavtobusa çırpılıb.
Hadisə yerinə cəlb olunan təcili tibbi yardım briqadasının əməkdaşları tərəfindən mikroavtobusda olan bir neçə şəxsə yerində ilkin tibbi yardım göstərilib.
Faktla bağlı araşdırma aparılır.