Otel yandı, 11 ölü, 50 yaralı
Hadisə
11:57 / 05.12.2016
1947
Pakistanın Kəraçi şəhərindəki otellərdən birində güclü yanğın baş verib.
AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir ki, hadisə "Regent plaza" adlı oteldə, səhər saatlarında baş verib.
Yanğın zamanı 11 nəfər ölüb, 50 nəfər xəsarət alıb. Yanğınsöndürənlər yanğını 3 saat sonra söndürməyə müvəffəq olublar.
Hadisənin başvermə səbəbi hələlik müəyyənləşdirilməyib.