İnternetdən istifadə insanları bədbəxt edir? - ARAŞDIRMA

İnternetdən istifadə insanları bədbəxt edir? - ARAŞDIRMA

Dünya miqyasında aparılan bir araşdırma internetdən istifadənin özünü xoşbəxt və sağlam hiss etməklə çox əlaqəli olduğunu göstərib.

 

Sfera.az xəbər verir ki, Oksford və Tilburq universitetlərindən tədqiqatçılar tərəfindən aparılan yeni araşdırmada ümumi internetə çıxış və istifadənin təsirləri öyrənilib.

 

168 ölkədən 2,4 milyondan çox insanın daxil olduğu araşdırmanı aparan qrupun məlumatına görə, bu, indiyədək aparılan ən böyük araşdırmadır.Tədqiqatda 2006-2021-ci illər ərzində 15 və daha yuxarı yaşda olan 2,4 milyondan çox insanın məlumatları təhlil edilib.

 

İştirakçılardan internetə çıxış və istifadə haqqında məlumat verməklə yanaşı həyatdan məmnunluq, sosial həyat, həyatdakı məqsədlər və sosial xoşbəxtlik hissləri kimi müxtəlif aspektlərdə rifahlarını qiymətləndirmələri istənilib.

 

Gəlir, təhsil səviyyəsi, sağlamlıq və münasibət statusu kimi faktorları nəzərə alan tədqiqatçılar, demək olar ki, 85 faiz hallarda internetə qoşulma ilə rifah hissləri arasında müsbət korrelyasiya müşahidə ediblər. 

 

Tədqiqat diqqətəlayiq olsa da, onun bəzi məhdudiyyətləri də var. Məsələn, tədqiqatçılar bu müsbət əlaqənin arxasındakı səbəb-nəticə əlaqəsini izah etmirlər. İştirakçıların internetdən nə qədər və hansı məqsədlə istifadə etdiyi də məlum deyil. Tədqiqat internetdən istifadə ilə sosial rifah hissi arasındakı əlaqənin 5 faizinin mənfi olduğunu ortaya çıxarsa da, bu daha çox 15-24 yaş arası qadın və qızlarda müşahidə olunub. 

 

İnci 


OXŞAR XƏBƏRLƏR

Şavkat Mirziyoyev: "İlham Heydər oğlu ilə idman barədə çox danışırıq"

"Mən, həmçinin futbol komandamıza görə də İlham Heydər oğluna çox təşəkkür edirəm. Bu, təsadüfi deyil, çünki biz İlham Heydər oğlu ilə idman barədə çox dan...

Moskvadan Bakıya qarşı növbəti addım – Məhdudiyyət qoyula bilər

Yekaterinburq hadisəsindən sonra Rusiya və Azərbaycan arasında gərginlik özünü bir sıra aspektlərdə göstərməyə başlayıb. Son günlər qarşı tə...

Zaxarova: "Azərbaycan və Rusiyanın müttəfiqliyini bəyənməyən qüvvələr var"

“Rusiya ilə Azərbaycan arasında münasibətlər strateji müttəfiqlik xarakteri daşıyır”.   Sfera.az TASS agentliyinə istinadən xəbər verir ...

Bakıda evlər ucuzlaşacaq?

Azərbaycan Beynəlxalq Bankının (ABB) hazırladığı "Bakı şəhəri üzrə daşınmaz əmlak bazarının təhlili" adlı son hesabatda paytaxtın torpaq bazarında baş...

Dövlət büdcəsinin gəlirləri 20 milyarda yaxınlaşdı

2025-ci ilin ilk altı ayında xəzinədarlıq orqanları tərəfindən 690 mindən çox ödəniş tapşırığı yerinə yetirilib və dövlət büdcəsinin gəlirləri proqnozla müqayis...

Şirkət əməkdaşını “tok” vurub öldürdü

Mingəçevirdə sökülən zavodda fəhləni cərəyan vurub öldürüb.   Sfera.az xəbər verir ki, hadisə iyulun 1-i saat 18 radələrində Mingəçevir şəhəri Samux ...