Bu məşhur idman ürək çatışmazlığı əlamətlərini YÜNGÜLLƏŞDİRİR

Bu məşhur idman ürək çatışmazlığı əlamətlərini YÜNGÜLLƏŞDİRİR

Manipal Ali Təhsil Akademiyasının ( Hindistan ) alimləri tənəffüs və istirahət yönümlü yoqa hərəkətlərinin ürək çatışmazlığı əlamətlərini yüngülləşdirə biləcəyini aşkarlayıblar.

 

Sfera.az xəbər verir ki, tədqiqatın nəticələri Avropa Kardiologiya Cəmiyyətinin (ESC) “Ürək çatışmazlığı 2024” adlı elmi konqresində təqdim edilib.

 

Tədqiqatda ürək çatışmazlığı olan 85 nəfər iştirak edib. Ürək çatışmazlığı ürəyin normal şəkildə dolub boşalmaması, nəticədə orqanlara qan tədarükünün pozulmasıdır.

 

İştirakçıların orta yaşı 49 olub, əksəriyyətini isə (82%) kişilər təşkil edib. Alimlər iştirakçıları iki qrupa bölüblər - 45 könüllü nəzarət qrupuna, digər 40 könüllü isə eksperimental qrupa daxil edilib. İkinci qrup altı ay ərzində nəfəsalma və rahatlama hərəkətləri (pranayama yoqa ilə əlaqəli) daxil edilən 50 dəqiqəlik məşqlər edib. Qeyd olunur ki, bütün iştirakçılar tədqiqat boyu ürək çatışmazlığının müalicəsi üçün dərman qəbul etməyə davam ediblər.

 

Təcrübə başlamazdan əvvəl, altı ay və bir il sonra, tədqiqatçılar exokardioqrafiyadan istifadə edərək eksperimental və nəzarət qruplarında ürəklərin quruluşunu və funksiyasını qiymətləndiriblər. Ölçmələrə ürəyin qanötürmə qabiliyyəti (sol mədəciyin boşalma hissəsi) və sağ mədəciyin funksiyasının qiymətləndirilməsi daxil edilib. Alimlər həmçinin subyektlərin qan təzyiqini, ürək döyüntüsünü, çəkisini və bədən kütlə indeksini qeyd ediblər.

 

Nəticələr göstərib ki, yoqa ilə məşğul olan iştirakçılar altı ay və bir il ərzində bütün tədbirlər üzrə əsas göstərici ilə müqayisədə əhəmiyyətli irəliləyişlər ortaya qoyublar. Həmçinin ikinci qrupdan olan subyektlər fiziki dözümlülük tələb edən gündəlik işləri (gəzmək, pilləkənlərə qalxmaq) yerinə yetirmək qabiliyyətini artırıblar.

 

Alimlər qeyd ediblər ki, yoqanın aşkar faydalarına baxmayaraq, ürək çatışmazlığından əziyyət çəkən insanlar dərsə başlamazdan əvvəl həkimə müraciət etməli, daha sonra təcrübəli təlimatçı ilə təlim keçməlidirlər. Tədqiqatçıların fikrincə, köməkçi terapiyanın bu üsulu xəstəliyin yüngül simptomları olan xəstələr üçün uyğunudur.

 

İnci 


OXŞAR XƏBƏRLƏR

Moskvadan Bakıya qarşı növbəti addım – Məhdudiyyət qoyula bilər

Yekaterinburq hadisəsindən sonra Rusiya və Azərbaycan arasında gərginlik özünü bir sıra aspektlərdə göstərməyə başlayıb. Son günlər qarşı tə...

Zaxarova: "Azərbaycan və Rusiyanın müttəfiqliyini bəyənməyən qüvvələr var"

“Rusiya ilə Azərbaycan arasında münasibətlər strateji müttəfiqlik xarakteri daşıyır”.   Sfera.az TASS agentliyinə istinadən xəbər verir ...

Bakıda evlər ucuzlaşacaq?

Azərbaycan Beynəlxalq Bankının (ABB) hazırladığı "Bakı şəhəri üzrə daşınmaz əmlak bazarının təhlili" adlı son hesabatda paytaxtın torpaq bazarında baş...

Dövlət büdcəsinin gəlirləri 20 milyarda yaxınlaşdı

2025-ci ilin ilk altı ayında xəzinədarlıq orqanları tərəfindən 690 mindən çox ödəniş tapşırığı yerinə yetirilib və dövlət büdcəsinin gəlirləri proqnozla müqayis...

Şirkət əməkdaşını “tok” vurub öldürdü

Mingəçevirdə sökülən zavodda fəhləni cərəyan vurub öldürüb.   Sfera.az xəbər verir ki, hadisə iyulun 1-i saat 18 radələrində Mingəçevir şəhəri Samux ...

Boğulma hallarının qarşısı necə alınmalıdır?

İsti yay günlərində vətəndaşların çimərliklərə axını artmaqda davam edir. Lakin dənizdə ehtiyatsız davranışlar bir çox hallarda faciə ilə nəticələnir. İyun ayı ...