“WhatsApp” ancaq yeni smartfonları dəstəkləyəcək
11:43 / 05.12.2016
816
Yaxın zamanlarda "WhatsApp” əlavəsini bir çox köhnə smartfonlarda istifadə etmək mümkün olmayacaq.
Sfera.az-ın Lent.az-a istinadən məlumatına görə, bu barədə messencerin sahibi olan "Facebook” şirkətinin mətbuat xidmətindən bildiriblər.
Belə bir qərar xidmət üçün nəzərdə tutulan yenilənmənin həyata keçirilməsi ilə əlaqədar qəbul edib. Yenilik məxsusi olaraq yeni smartfonlara istiqamətlənib.
"Android 2.12.2”, "Windows Phone 7”, həmçinin "iPhone 3GSiOS6” kimi əməliyyat sistemləri ilə idarə olunan cihazlar bu yeniliyi dəstəkləməyəcəklər. Belə cihazlar üçün bu ilin dekabr ayından etibarən bu əlavə işləməyi dayandıracaq.
2017-ci ilin yayından isə "WhatsApp” əlavəsi "Symbian S40” və "S60” platformaları ilə çalışan "BlackBerry”, "Nokia” smartfonlarını da dəstəkləməyəcək.