Ağcabədidə 40 yaşlı kişi qətlə YETİRİLDİ

Ağcabədidə 40 yaşlı kişi qətlə YETİRİLDİ

Ağcabədi rayonunda cinayət hadisəsi baş verib.

 

Bu barədə Sfera.az-a DİN-nin mətbuat xidmətindən məlumat verilib. Qeyd olunub ki, hadisə may ayının 11-də saat 23 radələrində olub:

 

“Həmin zaman 1984-cü il təvəllüdlü Həsənov Rauf Azər oğlunun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən 1984-cü il təvəllüdlü Tural Əhmədov saxlanılıb. İlkin məlumata görə hadisə şəxsi münasibətlər zəminində baş verib”.

 

Qurumdan bildirilib ki, hazırda araşdırma aparılır.

 

Günay

 

 


OXŞAR XƏBƏRLƏR