DİN-dən vətəndaşlara ÇAĞIRIŞ - Ehtiyatlı olun!

DİN-dən vətəndaşlara ÇAĞIRIŞ - Ehtiyatlı olun!

“Kiber cəmiyyətdə yaşayırıq, ona görə də ehtiyatlı olmalıyıq”.

 

Sfera.az bildirir ki, bunu Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi Elşad Hacıyev deyib. Onun sözlərinə görə, reputasiya yaratmaq, pul qazanmaq üçün zəhmət dolu illər lazımdır.

 

“Ancaq onu məhv etmək, oğurlatmaq üçün bir neçə dəqiqəlik kiber insident kifayətdir”, - E.Hacıyev əlavə edib.

 

Qurum rəsmisi bildirib ki, hansısa məhsulu yalnız tanınmış və təhlükəsiz internet saytlarından almaq lazımdır:

 

“Vebsayta şəxsi məlumat daxil etməzdən əvvəl veb brauzerinizin ünvanını yoxlayın. Tanınmayan e-ticarət saytlarından uzaq durun və alış zamanı əlavə şəxsi məlumat tələb edən vebsaytlarla ehtiyatlı olun. Cinayətkarlar insanların hesablarına daxil olub pullarını talamaq üçün əllərində olan hər bir texnologiya alətindən istifadə edirlər”.

 

E.Hacıyev həmçinin qeyd edib ki, vətəndaşlar şəxsi məlumatları, bank kartları barədə informasiyaları tanımadığı şəxslərə verməməlidir:

 

“Dəyərindən ucuz məhsullara görə onlayn pul ödəməyin, kriptovalyuta oyunlarına qoşulmayın”.

 

Günay


OXŞAR XƏBƏRLƏR

Ərdoğan: S-400 məsələsi artıq bağlanıb

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ prezidenti Donald Trampla Rusiyanın S-400 hava hücumundan müdafiə sistemini müzakirə etmədiyini, lakin F-35 təyyarəl...

Sertifikasiya imtahanında 7 müəllimin nəticəsi ləğv ediləcək

18-25 iyun tarixində təşkil olunan sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsi artıq yekunlaşıb.   Bu barədə Sfera.az Məktəbəqədər və ...

Ezgi iki illik ərindən boşandı - FOTO

Aktrisa Ezgi Mola həyat yoldaşı Mustafa Aksakallıdan ayrılıb. OLAY yazır ki, bu barədə Ezgi özü məlumat yayıb.  O bildirib ki, 2 illik evliliklərini son...

Kütləvi zəhərlənməyə səbəb olan dönərxana ilə bağlı - RƏSMİ AÇIQLAMA

Tovuzda baş verən hadisənin səbəblərinin müəyyənləşdirilməsi ilə bağlı Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mütəxəssisləri tərəfindən müvafiq qurumların əmək...

Milyonlarla uduşla “Poz-Qazan” əyləncəsi artıq OBA-da!

“Azərlotereya”nın çox sevilən “Poz-Qazan” lotereya biletləri ilə böyük uduşlara aparan yol indi OBA-dan da keçir. Milyonlarla uduşlu &ld...

Nazim həmin həkimdən 50 min təzminat alıb

Müğənni Nazim Pişyari (Faytonçu) illər öncə “Elmed” klinikasının cərrahı Elman Əzimovla aralarında başlayan məhkəmə çəkişməsində 50 min manat təzmin...