Asan yolla qazanc vədinə aldandı, böyük məbləğdə pulundan oldu - VİDEO

Asan yolla qazanc vədinə aldandı, böyük məbləğdə pulundan oldu - VİDEO

Xaçmaz rayon sakini Sevinc Babayeva internet üzərindən pul qazanmaq təklifinin qurbanı olduğunu və 500 manatından olduğunu iddia edir.  

 

Sfera.az-ın Xezerxeber.az-a istinadən məlumatına görə, o deyir ki, insaqramda tanımadığı bir səhifədən ona cəmi 20 manat qarşılığında yüzlərlə manat pul qazanmaq təklifi gəlib.

 

Bu təklif onu cəlb etdiyindən aldanıb. O, ''pulqazan.investor'' adlı həmin səhifənin adminlərinə xeyli məbələğdə pul göndərib. Həmin səhifənin admini tərəfindən növbəti dəfə pul göndərmək təklifinə isə Sevinc Babayeva rədd cavabı verib. Bundan sonra onunla əlaqə bloklanıb.

 

Biz də məsələni araşdırmaq üçün həmin səhifəni axtarmağa başladıq. Lakin heç bir nəticəsi olmadı. Çünki artıq səifənin fəaliyyəti dondurulmuşdu.

 

Mövzuya münasibət bildirən hüquqşünas Kamandar Hüseynov deyir ki, son vaxtlarda xüsusilə asan qazanc əldə etmək adı altında vətəndaşların aldadılması faktları artıb. Hüquqşunas deyir ki, insanlar bəzi hallarda bu yalan vədlərə inanır və müxtəlif məbləğdə pul vəsaitlərini onlara köçürürlər. Daha sonra isə qazanc əldə etmək gözləntiləri yaransa da, bu baş tutmur.

 

Onun sözlərinə görə, konkret olaraq cəmi bir neçə dəqiqə ərzində yüksək məbləğdə qazanc vədləri əsassızdır. Bundan zərərçəkənlər aidiyyəti üzrə məlumat verməlidirlər.

 

Hüquqşünas vətəndaşlara tövsiyə edir ki, bu cür şirniklənşdirici elanlara aldanıb tanımadıqları şəxslərə vəsaitlərini göndərməsinlər. Əks halda belə aldananlar çox olacaq.

 

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

 


OXŞAR XƏBƏRLƏR

Baş nazir QƏRAR İMZALADI

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısında dəyişiklik edilib.   Sfera.az xəbər verir ki...

Andrey Sibiqa: "Kreml Ukraynanın nüvə enerjisinin kritik obyektlərinə zərbələr endirməyə hazırlaşır"

Ukrayna xarici işlər naziri Andrey Sibiqa bildirib ki, Ukrayna kəşfiyyatının məlumatına görə, Kreml qışdan əvvəl Ukraynanın nüvə enerjisinin kritik obyektl...

Ukrayna “Vaqner”in bazasına zərbə endirdi, yanğın baş verdi

Bu gün Krasnodar diyarının Molkino şəhərində “Vaqner” özəl hərbi şirkətinin keçmiş bazasında yanğın baş verib.  Sfera.az Rusiya mediasına ...

“Tuğ” Qoruğunun Əsasnaməsi təsdiqləndi

“Tuğ” Dövlət Tarix-Memarlıq və Təbiət Qoruğunun Əsasnaməsi təsdiqlənib.   Sfera.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədo...

Dövlət Komitəsinin sədri Moskvada Beynəlxalq Müsəlman Forumunda çıxış etdi

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov “Sülh yolu: dialoq harmoniyalı birgəyaşayışın əsası kimi” mövzusunda XX Beynəlxalq M...

Azərbaycan “Elmdə Qadın və Qızların Dünya Paytaxtı” seçildi

Azərbaycan “Elmdə Qadın və Qızların Dünya Paytaxtı” seçilib.   Bu barədə Sfera.az-a Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən məlu...