İsmayıllıda yol çökdü, təhlükəli vəziyyət yarandı - VİDEO
İsmayıllıda yağıntılardan sonra Lahıc - Dəmirçi avtomobil yolundakı sürüşmə zonalarında aktivlik müşahidə olunmağa başlayıb. Hətta yolda çökmələr də əmələ gəlib.
Sfera.az xəbər verir ki, yolda çatlar əmələ gəlib, asfalt örtüyü sıradan çıxıb.
İki kəndi birləşdirən yolun 7-8-ci kilometrlik hissəsində müxtəlif yerlərdə iri çatlar əmələ gəlib. Yağıntıların təsirindən 40 metr məsafədə asfalt qatı sıradan çıxıb. Yolun bir hissəsi isə tamamilə dağılıb.
Torpaq kütləsinin axması yaxınlıqdakı ağaclara da ziyan vurub.
Sürücülər bildiriblər ki, Lahıcdan Dəmirçiyə ən yaxın yol budur. Yolun tam sıradan çıxması isə elə ən çox onların işini çətinləşdirəcək.
Məsələ ilə bağlı Avtomobil Yolları Dövlət Agentliyinin (AYDA) Xüsusi təyinatlı yol istismarı MMC-dən bildirilib ki, problemdən xəbərdardırlar. Əraziyə baxış da keçirilib. Yolun dağılmış hissələrində lazımi tədbirlərin görülməsi istiqamətində işlərə başlanılacaq.
Ətraflı süjetdə: