“Allahın möcüzəsidir”: 16 ildir heç nə yemir, su içmir

“Allahın möcüzəsidir”: 16 ildir heç nə yemir, su içmir

Efiopiyalı bir qadın son 16 il ərzində heç nə yemədiyini və içmədiyini iddia edir.

 

Sfera.az bildirir ki, Muluwork Ambrauda adlı gənc qadın bir anda yeməyə ehtiyacını dayandırdığını iddia edir . O, bunu 10 yaşında hiss edib. Yeyə bildiyi son şey qırmızı mərci olub.

 

Macəraçı Drew Binsky unikal bir qadınla tanış olmaq üçün xüsusi olaraq Efiopiyaya gedib. Ondan yalnız bir sualın cavabını öyrənmək istəyib: "Bu doğrudurmu?"

 

Drew Binsky deyir: "Muluworkün qonaq otağına girmək başqa bir dünyaya getməyə bənzəyir. Divarlarda plakatlar və müxtəlif antik əşyalar var ki, bu da bizə onun uşaqlığının zaman kapsulunda ilişib qaldığını hiss etdirir".

 

Qadın vaxtının çox hissəsini bağçaya sərf edir. O, çoxlu tərəvəz yetişdirir. Bundan əlavə, daimi oruc tutmasına və heç vaxt aclıq hiss etməməsinə baxmayaraq, Muluwork yemək bişirməyi çox sevir. 

 

Muluvork uzun müddət efiopiyalı həkimlər tərəfindən müayinə olunub, lakin üç illik müxtəlif testlərdən sonra onun sağlamlığının mükəmməl olduğu məlum olub. Eyni zamanda, onun mədəsində nə yemək, nə də su olmayıb.


Bu işi BƏƏ və Qətərdən olan mütəxəssislər də araşdırıblar, lakin onlar da səhv bir şey tapmayıblar. Qadının psixi durumu da normaldır. Hamiləlik zamanı uşağın qidalanması üçün ona qlükoza verilib.


Muluwork qeyri-adi vəziyyətinin "Tanrının işi" olduğuna inanır və bunun nə üçün başladığını bilmir. O, bir daha yemək yecəyini düşünmür"- məlumatda deyilir.

 

Aynil

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Yol Polisindən hava şəraiti ilə bağlı MÜRACİƏT

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi əlverişsiz hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib.   Sfera.az xəbər verir ki, müraciətdə d...

Bakıda yanğın: sakinlər təxliyə edildi

Bakıda yaşayış binasında yanğın olub.   Sfera.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.   Bildirilib ki,...

Azərbaycanda iyun və iyul aylarının sərin keçməsinin səbəbi...

Ötən iyun ayı bir neçə il əvvəllə müqayisədə nisbətən sərin keçib. İyun ayının davamı olaraq iyul ayında da sərin hava müşahidə edilir.   Sfera.az&nb...

Ötən ay 17 aptekdə yoxlama aparılıb

Bu ilin iyun ayı ərzində 17 aptekdə planlı və plandan kənar yoxlama keçirilib.   Sfera.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi Analitik E...

Əliyev və Japarov Ağdamın Xıdırlı kəndində...

İyulun 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam rayonunun Xıdırlı kəndinin 1-ci mərhələs...

Azərbaycanın xarici siyasətində Özbəkistan ilə münasibətlərin inkişafı mühüm yer tutur

Azərbaycan beynəlxalq aləmdə müstəqil xarici və daxili siyasət kursu, regional təşəbbüsləri, eyni zamanda regionda sülh və əməkdaşlığa verdiyi önəmli töhfələr s...