Qurban Yetirmişlidən zəlzələ riski ilə bağlı AÇIQLAMA: "Ən güclü təkan..."

Qurban Yetirmişlidən zəlzələ riski ilə bağlı AÇIQLAMA:

Lənkəranda qeydə alınan zəlzələdən sonra afterşoklar - xırda təkanlar ola bilər.

 

Sfera.az xəbər verir ki, bunu "Report"a açıqlamasında Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib.

 

"Ən güclü təkan artıq olub, əhali təşvişə düşməsin", - deyə o vurğulayıb.

 

Qeyd edək ki, Azərbaycanın Talış dağlıq zonasında, Lənkəran rayonu ərazisində 5,2 maqnitudalı olub. Yerli vaxtla 17:23-də baş verən yeraltı təkan 18 km dərinlikdə qeydə alınıb. Zəlzələ episentrdə 6 bala yaxın, ətraf rayonlarda isə 5-3 bala qədər hiss olunub.


OXŞAR XƏBƏRLƏR