Rusiyada beşmərtəbəli binanın bir hissəsi çöküb

Hadisə
16:10 / 11.05.2024
9175
Rusiyanın Komi Respublikasının Peçora şəhərində beşmərtəbəli bina qismən çöküb.
Sfera.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin regional bölməsi məlumat yayıb.
Məlumata görə, binanın bir blokunun bir neçə mərtəbəsi uçub. İtkilər barədə məlumat verilmir.
Hadisə yerinə yanğınsöndürmə və xilasedicilər göndərilib.