Artan boşanmaların qarşısını necə almaq olar? - AÇIQLAMA

Artan boşanmaların qarşısını necə almaq olar? - AÇIQLAMA

"Azərbaycanda boşanmaların sayı 50 faizə yaxınlaşıb və bu dəhşətli, faciəvi və qorxunc göstərici ilə öıləmiz dünyada ön yerlərdə qərarlaşıb".

 

Sfera.az xəbər verir ki, bu barədə fikirləri sosioloq Elçin Bayramlı bildirib.

 

“Vaxtilə dünyanın ən möhkəm ailə institutuna malik olan bir xalq indi boşanma siyahısında ön sıralarda dayanır. Ailələr o qədər sürətlə dağılır ki, ailə qurmağın mənası belə qalmır. Bunun yeganə səbəbi isə mənəvi deqradasiyadır. Əxlaqsızlığın yayılması, şüurun, insanların müasirlik adı altında dəyişməsi də bu sayın artmasında önəmli rol oynayır. Qərbə inteqrasiya adı altında şou verlişlərdə, seriallarda davamlı olaraq psixotron “terror” elementləri gənclərin beyninə yeridilib. Belə şəraitdə heç bir sağlam ailədən söhbət belə gedə bilməz”.

 

Sosioloq qeyd edib ki, bu problemin həll olunması əvəzinə, daha da dərinləşməsi üçün əlimizdən gələn hər şeyi edirik:

 

“Artıq boşanmaların qarşısını almağın yeganə yolu kimi evlənməmək qalıb. Bugünkü gənclərin təfəkkürü açıq şəkildə ortadadır. Hər şey göz qabağındadır. İnsanların təfəkkürü, psixologiyası tamam dəyişib. Bunu bərpa etmək üçün bizə uzun müddət lazımdır”.

 

Ülkər Abdurahmanlı


OXŞAR XƏBƏRLƏR

“Zəngəzur dəhlizi və sülh müqviləsi ilə bağlı yaxın perespektivlər bəllidir”- VİDEO

“Zəngəzur dəhlizi və sülh müqviləsi ilə bağlı yaxın perespektivlər bəllidir. Sülh müqaviləsinin şərtləri artıq razılaşdırılıb. Qalan məsələlər yaxın zaman...

Trampın ad günündə hərbi parad baş tutacaq

ABŞ ordusu iyun ayında keçirilə biləcək genişmiqyaslı hərbi parad üçün hazırlıqlara başlayıb.    Sfera.az “Associated Press”nəşrinə ...

İctimai və Dövlət maraqlarının müdafiəsi: Azərbaycanda aktual yanaşmalar və tətbiq

İctimai və dövlət maraqlarının müdafiəsi, müasir cəmiyyətin və dövlətin sabitliyinin, davamlı inkişafının və hüquq sisteminin səmərəliliyinin təmin olunmasında ...

Nazirlikdən hava ilə bağlı əhaliyə- Müraciət

Fövqəladə Hallar Nazirliyi bəzi bölgələrdə gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib.   Sfera.az xəbər verir ki, müraciətdə dey...

"Unibank" dayanıqlı maliyyə seminarları təşkil edib

"Unibank" tərəfindən universitet tələbələri üçün “Bankçılıqda Dayanıqlılıq: Risklər, Gəlirlilik və Sosial məsuliyyət” mövzusunda maariflən...

Çiyələklər necə təmizlənməlidir: 3 asan ÜSUL

Çiyələkləri düzgün təmizləmək onların həm sağlam, həm də uzun müddət təzə qalması üçün əsas şərtdir.   Sfera.az xəbər verir ki, meyvə istehlakın...