Trampla bağlı SƏS-KÜYLÜ İDDİA: “Prezident seçilərsə, onları öldürəcək”

ABŞ-də prezident seçkilərində yenidən namizəd olan Donald Trampla bağlı iddialar gündəm olub.
Sfera.az bildirir ki, bu barədə “Telegraph” qəzeti məlumat yayıb. Qeyd olunub ki, Tramp prezident seçilərsə, Meksikadakı narkotik dəstələrinin liderlərini öldürmək üçün müəyyən planlar qurur:
“Tramp seçiləcəyi halda, Meksika dövlətinin icazəsi olmadan belə, ABŞ ordusunun xüsusi əməliyyat qüvvələrinin qoşunlarını göndərmək fikrini yaxın ətrafı ilə bölüşüb. Daha əvvəl belə əməliyyatların keçirilməməsinə təəccüblənən Respublikaçı namizəd “Bizim onlardan daha amansız qatillərimiz var” - söyləyib”.
İddialara görə, sabiq Ağ Ev rəhbəri bildirib ki, bu üsulla ABŞ-yə daxil olan narkotiklərin miqdarı ciddi şəkildə azalacaq. Onun fikrincə, xüsusi əməliyyatlarda öldürüləcək narkotik baronlarının siyahısı da lazımdır.
Günay