“OO” seriyalı nömrələr hansı avtomobillərdədir? – QİYMƏTİ + VİDEO

“OO” seriyalı nömrələr hansı avtomobillərdədir? – QİYMƏTİ + VİDEO

 

Azərbaycanda "OO” seriyalı super avtomobillərin videoçarxı marağa səbəb olub.

Avtomobil həvəskarlarının marağına səbəb olan "OO” seriyasını hər kəs ala bilmir.

Sfera.az Avtosfer.az-a istinadən xəbər verir ki, sosial şəbəkələrdə yayılan videodan da məlum olur ki, bu seriyalı nömrəsi olan avtomobillərin sayı get-gedə artır.

Amma onların arasında elə də ucuz avtomobillər yoxdur. Bu nəqliyyat vasitələrinin ən ucuzunun dəyəri 100 min manatdır.

"Bentley”, "Rolls Royce”, "Ferrari”, "Galendevagen”, "Mercedes” (müxtəlif super modellər), "BMW”, "Range Rover”, "Audi”, "Lamborghini” və "Lexus” kimi markaların üzərində olan "OO” seriyalı nömrələrin əksəriyyətinin dövlət rüsumu 22 manat olsa da, buna inanlar elə də çox deyil…

Sfera.az "OO” seriyalı maşınların əks olunduğu həmin videoçarxı təqdim edir.



OXŞAR XƏBƏRLƏR