Yeməklərə duz əlavə edənlərə mədə xərçəngi XƏBƏRDARLIĞI

Yeməklərə duz əlavə edənlərə mədə xərçəngi XƏBƏRDARLIĞI

Qidaya əlavə duz tökmək mədə xərçəngi riskini 41 faiz artırır.

 

Sfera.az xəbər verir ki, əvvəlki tədqiqatlarda duz istehlakı demans və tip 2 diabet riskinin artması ilə əlaqələndirilmişdi. Bu maddənin mədə xərçəngi riskini artırdığına dair indiyə qədər əldə edilən tapıntılar duzun əhəmiyyətli bir yerə sahib olduğu Asiya ölkələrindən gəlib. Vyana Tibb Universitetinin tədqiqatçıları hərtərəfli araşdırma apararaq bu əlaqənin dünyanın müxtəlif yerlərində də mövcud olduğunu göstəriblər.
 

İngiltərədəki vətəndaşların genetik və sağlamlıq məlumatlarını ehtiva edən əhatəli BioBank-dan orta yaşları 56 olan 471 min 144 adamın məlumatlarının araşdırıldığı araşdırmada iştirakçılara “Süfrədə duz əlavə edilmiş yeməyinizə sonradan təkrar duz əlavə edirsinizmi” kimi suallar verilib.
 

Mədə xərçəngi jurnalında dərc edilən araşdırma çərçivəsində bu məlumatlar təxminən 11 illik təqib dövründə 640 mədə xərçəngi xəstəsinin sidikdə aşkar edilən duz səviyyələri ilə müqayisə edilib.
 

Demoqrafik və sosial-iqtisadi faktorları, həyat tərzi faktorlarını və digər şərtləri nəzərə alan tədqiqatçılar müəyyən ediblər ki, süfrə arxasında daim yeməklərə duz əlavə edənlərin, demək olar ki, heç vaxt bunu etməyənlərlə müqayisədə mədə xərçənginə tutulma riski 41 faiz çoxdur.
 

Qeyd edək ki, dünyada ən çox görülən 5-ci xərçəng olan mədə xərçəngi riski yaş artdıqca artsa da, son illərdə bu xəstəlikdən əziyyət çəkən 50 yaşdan aşağı insanların nisbətində artım müşahidə olunur.
 

Duzun burada tam olaraq hansı rol oynadığına dair hələ konsensus yoxdur. Lakin bəzi tədqiqatçılar yüksək miqdarda natriumun mədə selikli qişasını zədələyərək orqanı mədə xərçəngi riskini artırdığı bilinən "Helicobacter pylori" bakteriyasına qarşı daha həssas etdiyini düşünürlər.


İnci


OXŞAR XƏBƏRLƏR

Xaricdə təhsil almış daha 82 nəfərin diplomu TANINMADI

Aprel ayı üzrə 433 müraciətçinin 351-si barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib, 82 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb. ...

Abdolbari Gozalın yerinə o təyin olundu - FOTO

"Azərsun Holdinq"in Müşahidə Şurasına sədri təyin edilib.    Sfera.az Ölkə.az-a istinadən xəbər verir ki, bu vəzifəyə Ahmad Gozal təyi...

“Zəngəzur dəhlizi və sülh müqviləsi ilə bağlı yaxın perespektivlər bəllidir”- VİDEO

“Zəngəzur dəhlizi və sülh müqviləsi ilə bağlı yaxın perespektivlər bəllidir. Sülh müqaviləsinin şərtləri artıq razılaşdırılıb. Qalan məsələlər yaxın zaman...

Trampın ad günündə hərbi parad baş tutacaq

ABŞ ordusu iyun ayında keçirilə biləcək genişmiqyaslı hərbi parad üçün hazırlıqlara başlayıb.    Sfera.az “Associated Press”nəşrinə ...

İctimai və Dövlət maraqlarının müdafiəsi: Azərbaycanda aktual yanaşmalar və tətbiq

İctimai və dövlət maraqlarının müdafiəsi, müasir cəmiyyətin və dövlətin sabitliyinin, davamlı inkişafının və hüquq sisteminin səmərəliliyinin təmin olunmasında ...

Nazirlikdən hava ilə bağlı əhaliyə- Müraciət

Fövqəladə Hallar Nazirliyi bəzi bölgələrdə gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib.   Sfera.az xəbər verir ki, müraciətdə dey...