Yüzlərlə fəal Almaniyadakı “Tesla” zavoduna hücum etdi

Yüzlərlə fəal Almaniyadakı “Tesla” zavoduna hücum etdi

Yüzlərlə fəal Almaniyanın Qrünheide şəhərindəki “Tesla GigaBerlin” zavoduna hücum edir, bəziləri fabrikin ərazisinə daxil olmağa çalışır. Alman polisi artıq bir neçə nəfəri həbs edib.

 

Sfera.az bildirir ki, fəallar kapitalizmə və elektromobillərə qarşı etiraz edərək, “Tesla” zavoduna axışırlar.


Zavodun işçiləri evlərinə göndərilib, istehsal xətti cümə axşamından bazar gününə kimi dayandırılıb. Cümə axşamı ölkədə milli bayram olduğundan, bağlanma yalnız bu günə təsir edəcək.

 

Etirazın videosu yalnız indi sosial mediada yayılıb, yüzlərlə etirazçı zavodun yaxınlığındakı tarladan qaçaraq polisə hücum edib.


Cümə günü fəallar həmçinin “Tesla” avtomobillərinin müvəqqəti saxlandığı Noyhardenberqdəki keçmiş aerodromu mühasirəyə almağa çalışıblar ki, bu da şirkətin əməliyyatları ilə bağlı gərginliyi artırıb. Yanğın ehtimalı olduğundan, zavoda çoxlu sayda polis cəlb edilib və əraziyə su şırnaqları quraşdırılıb.

 

Polis nümayəndəsinin sözlərinə görə, bütün cəhdlərə baxmayaraq, fəallar hələ də “Tesla” zavoduna soxula bilməyiblər. Yerli media bəzi nümayişçilərin yürüşdən yayınaraq yaxınlıqdakı meşələrə qaçdıqlarını yazıb. Digər etirazçılar isə “Tesla” zavoduna gedən giriş yollarını bağlayıblar. Etirazçıların qalan hissəsi zavodun yaxınlığında mitinqə toplaşıb.

 

Polis zavoda ən yaxın çıxışı və zavoda bitişik yolları bağlayıb. Bundan əlavə, polisin verdiyi məlumata görə, Berlin və Frankfurt arasında dəmir yolu xətti də aktivistlərin relsləri zəbt etməsi səbəbindən bağlanıb.


Fəallar nə istəyir?

 

“Tesla” “Giga Berlin”in ərazisini 170 hektar genişləndirməyi və obyektin istehsal gücünü iki dəfə artıraraq ildə 1 milyon ədədə çatdırmağı planlaşdırır. Bu ambisiyalarına baxmayaraq, Almaniyanın Qrünheide şəhərinin sakinləri bu ilin əvvəlində keçirilən sorğuda genişlənmənin əleyhinə səs veriblər.

 

Özünü anti-kapitalist adlandıran etiraz qruplarının koalisiyası olan Disrupt, genişlənmənin ətrafdakı meşələrin qırılmasını tələb edəcəyini və yerli su təchizatını daha da gərginləşdirəcəyini bildirir. 

 

Qrup öz saytında karbon qazı yayan daxili yanma mühərriklərini mərhələli şəkildə dayandırmaq üçün elektrikli nəqliyyat vasitələrinin həll yolu olmadığını iddia edir.


“Elektrikli avtomobillərin istehsalında resurs istehlakı böyük ekoloji iz yaradır və bununla da qlobal iqlim fəlakətinə daha da töhfə verir” -deyə etirazçılar elektrik avtomobillərinin akkumulyatorlarında əsas metal olan litiumun hasil edilməsinin ətraf mühitə vurduğu ziyanı səbəb göstərirlər.

 

Qeyd edək ki, etirazçılar zavoda ikinci dəfədir hücum edirlər. Bundan əvvəl etirazçılar stansiyanı elektrik enerjisi ilə təmin edən yüksək gərginlikli elektrik dirəyini yandırıblar. Hadisə “Tesla”nın zavodu bir həftə müddətinə bağlamağa məcbur edib.

 

Bu arada, istehsal olunan bütün “Tesla Cybertrucks”lər də çox təhlükəli qüsur səbəbindən təmir üçün geri çağırılır.

 

Xanım

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Özbəkistan türk dünyasının dəyərli üzvü və Azərbaycanın müttəfiqidir

Yeni dünya düzəninə keçid dövrü olduqca mürəkkəb və təlatümlü proseslərlə müşayiət olunur. Hətta onilliklər boyu formalaşan ənənəvi əməkdaşlıq formatları belə, ...

Kanadada hava limanında bomba həyəcanı - Uçuşlar ləğv olundu

Kanadada ani xəbərdarlığa görə hava hərəkəti dayanıb.   Sfera.az xarici mətbuata istinadən xəbər verir ki, Kanadada ölkənin iki böyük hava liman...

İtaliyada anomal istilər- Asfalt əridi...

Avropanı təsiri altına alan güclü isti hava dalğası İtaliyada ağır nəticələrə səbəb olub.    Sfera.az xarici mediaya istinadən xəbər verir ki, r...

Ronaldo Jota ilə bu sözlərlə vidalaşdı

Portuqaliya millisinin futbolçusu Kriştiano Ronaldo komanda yoldaşı, "Liverpul"un hücumçusu Dioqo Jotanın ölümü ilə bağlı başsağlığı verib.   ...

Ötən ay Şəmkirdə su anbarında batan 20 yaşlı qızın meyiti tapıldı

Ötən ay Şəmkirçay su anbarında batan 20 yaşlı qızın meyiti tapılıb.   Sfera.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasedicilə...

İzmirdə güclü meşə yanğınları: 42 mindən çox insan təxliyə edildi

Türkiyənin İzmir vilayətində geniş meşə yanğınları yaşayış yerlərinə qədər yayılıb.   Sfera.az xəbər verir ki, 42 mindən çox sakin təxliyə edili...