Mən öldüm, sonra? - Ölüm haqqında bilmədiyiniz 17 dəhşətli fakt

Mən öldüm, sonra? - Ölüm haqqında bilmədiyiniz 17 dəhşətli fakt

Ölüm başqalarında şahid olduğumuz, amma heç zaman yaşayamadığımız bir təcrübədir. Biz varıqsa, o yoxdur. O gələndə isə artıq biz olmuruq...

Bu yazımızda sizə ölüm haqqında maraqlı məlumatlar verəcəyik:

1. Yaşayarkən yediyimiz qidaları parçalamaq üçün bədənizimin ifraz etdiyi fermentlər ölümdən 3 gün sonra bədənimizi "yeməyə" başlayır.

2. Ölülərin torpağa tapşırılması ənənəsinin təqribən 350 min il bundan əvvəl yarandığı deyilir.

3. Bu günə kimi 100 milyarda yaxın insanın öldüyü təxmin edilir.

4. ABŞ-ın Nyu-York şəhərində intihar edənlərin sayı cinayət qurbanlarının sayından çoxdur.

5. Hər gün təqribən 153 min nəfər müxtəlif səbəblərlə dünyasını dəyişir.

6. Hər il 7 min insan həkimlərin səliqəsiz xətti səbəbilə alınan səhv dərmanlardan dünyasını dəyişir.

7. İnsan öldüyü zaman, ən gec eşitmə qabiliyyətini itirir.

8. Ağacdan düşən hind qozunun (kokos) sizi öldürmə riski, köpək balığının öldürmə riskindən daha çoxdur.

9. Amerikada hər saatın tamamında bir insan içkili sürücünün qurbanına çevrilir.

10. Dünyanın ən yüksək nöqtəsi olan Everest zirvəsində 200 qədər insan cəsədi var. Maraqlısı budur ki, bu cəsədlər istiqaməti müəyyənləşdirmək üçün alpinistlər tərəfindən istifadə olunur.

11. Dünyada hər 40 saniyədə bir insan intihar edir.

12. Köpək balığı bir ildə 12 insan, insanlar isə bir saatda 11 min 417 köpək balığı öldürür.

13. Hər 90 saniyədə bir qadın hamiləlik və ya doğuş zamanı dünyasını dəyişir.

14. ABŞ-da ildə 600 insan yataqdan yıxıldığı üçün ölür.

15. Hər gün 20 min uşaq yoxsulluq səbəbilə dünyasını dəyişir.

16. Hərəkətsizlik dünyada qarşısıalınmaz xəstəlik və ölümlərə səbəb olur.


17. Aparılan araşdırmalara görə, dünyada hər 8 ölümdən biri hava çirklənməsi səbəbilə baş verir.(atv.az)


OXŞAR XƏBƏRLƏR

Avtovağzaldan bu rayonlara reyslər təxirə salındı

Ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti ilə əlaqədar, Bakı Beynəlxalq Avtovağzal Kompleksindən səfərə çıxan bəzi reyslər təxirə salınıb. &nb...

Bu məhsul 10 manat bahalaşdı

Paytaxt bazarlarında balığın qiyməti bahalaşıb.   Sfera.az Xəzər TV-yə istinadən bildirir ki, sazan və forel balığına tələbat daha çoxdur. Ümumi olar...

Bu yollarda sürət həddi endirildi

Yolların buz bağlaması səbəbindən sürücülərin təhlükəsizliyini təmin etmək məqsədilə paytaxtın bəzi yollarında sürət həddi əlavə 10/km saat endirilib.  ...

Samir Şərifov oğluna dəbdəbəli toy etdi: ANİ LORAK TOYDA OXUDU

Baş nazirin müavini Samir Şərifovun ailəsində xoş gün olub.   Sfera.az  Bizimmedia-ya istinadən xəbər verir ki, S. Şərifov oğluna toy ...

Polis gücləndirilmiş rejimdə çalışır - DİN

Mövcud hava şəraiti ilə əlaqədar olaraq polis əməkdaşları tərəfindən ölkə boyu şəhər və rayonlarda, həmçinin magistral yollarda gücləndirilmiş rejimdə xidmət gü...

Zelenski: Ukrayna ABŞ-dan güclü təhlükəsizlik zəmanəti istəyir

İnanıram ki, ABŞ Prezidenti Donald Tramp münaqişənin ədalətli həllinə çalışır. Ukrayna münaqişənin həllində tərəfdaşlarından, o cümlədən ABŞ-dan güclü təhlükəsi...