"Əlinin telefonu suya düşüb, götürmək istəyəndə..." - Tələbələrin ölümünün TƏFƏRRÜATI

Xəbər verdiyimiz kimi, Naxçıvan şəhərində iki gənc "Bazar gölü"ndə boğularaq ölüb. Astara rayon Pensər kənd sakinləri olan 2005-ci il təvəllüdlü Fəttah Zəkəriyəyev və 2006-cı il təvəllüdlü Əli Mehrəliyevin hələlik məlum olmayan səbəbdən suya düşərək boğulduğu bildirilir. 

 

Sfera.az xəbər verir ki, onlar Naxçıvan Dövlət Universitetinin Stomatologiya ixtisasının I kurs tələbələri olublar.

 

Məlumata görə, Əli və Fəttah qohum olublar. Onların yaxını Ağayev Emil Modern.az-a açıqlamasında bildirib ki, hadisə zamanı Əlinin telefonu suya düşüb, onu götürmək istəyəndə sürüşüb gölə düşüb. Fəttah isə ona kömək etmək üçün gölə atılıb və nəticədə hər ikisi suda boğulub.

 

"Hər ikisi bu il birinci kursu bitirəcəkdilər. Fəttahın valideynləri işləmir, arıçılıqla məşğuldurlar. Əlinin atası və anası müəllimdir.  Eyni kənddəndirlər. Valideynləri ilə danışıblar. Hələ Naxçıvandadırlar, valideynlərinə məlumat verilib, rayona gətiriləcəklər", - o qeyd edib.

 

Qeyd edək ki, bu gün səhər saatlarından etibarən, Naxçıvan Muxtar Respublikası (MR) Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları meyitləri sudan çıxarıblar. 

 

Hadisə yerinə Naxçıvan Muxtar Respublikası Prokurorluğunun və Daxili İşlər Nazirliyinin əməkdaşları cəlb ediliblər. 

 

Faktla bağlı araşdırma aparılır. 


OXŞAR XƏBƏRLƏR

Şəhid polkovnik-leytenant Əkrəm Şadmanovun adına küçənin açılışı oldu

Bakının Binəqədi rayonunda antiterror şəhidi polkovnik-leytenant Əkrəm Şadmanovun adına küçənin açılışı olub.   Sfera.az xəbər verir ki, tədbirdə Bin...

Ərdoğan: İsrail Livana hücumları ilə müharibəni bölgəyə yaymağa çalışır

İsrailin Livana son hücumlar İsrail administrasiyasının müharibəni bölgəyə yaymaq planları ilə bağlı narahatlığımızı əsaslandırdı.   Sfera.az xəbər k...

Astarada 37 yaşlı rabitəçini elektrik cərəyanı vuraraq öldürüb

Astara rayonunda 37 yaşlı rabitəçini elektrik cərəyanı vuraraq öldürüb.   Sfera.az-ın Report-a istinadən məlumatına görə, hadisə Astara rayonunun Sel...

Azad edilən ərazilərdə faydalı qazıntı yataqları daha 2 il birbaşa istifadəyə veriləcək

Nazirlər Kabineti 10 may 2019-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Yerin təkinin (qiymətli və əlvan (o cümlədən nəcib) metallar, qiymətli daş yataqlar...

DİN-dən vətəndaşlara MÜHÜM ÇAĞIRIŞ: "Araşdırın!"

Daxili İşlər Nazirliyi vətəndaşlara çağırış edib.   DİN-dən Sfera.az-a bildirilib ki, yaxın qohumlarının xəstə, müalicəsinə təcili pul lazım olması a...

Ukrayna nə qədər əsgər itirib? - Zelenski məşhur nəşrin iddiasını YALANLADI

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ilə müharibədə Ukraynanın əsgər itkisi ilə bağlı ABŞ-nin “The Wall Street Journal” nəşrinin iddialarını...