Bərdədə qəsdən adam öldürməyə cəhd ilə bağlı cinayət işi BAŞLANDI

Hadisə
15:13 / 10.05.2024
2009
Mayın 10-u saat 11 radələrində Bərdə rayon sakini 1997-ci il təvəllüdlü Zəminə Məmmədovaya xəsarətlər yetirilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Sfera.az xəbər verir ki, bu barədə report-a Bərdə Rayon Prokurorluğundan məlumat verilib.
Bildirilib ki, araşdırma zamanı 1991-ci il təvəllüdlü Səbuhi Vəliyevin şəhərin Ü.Hacıbəyov küçəsi ərazisində bıçaqla xəsarət yetirərək qohumu Zəminə Məmmədovanı qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Bərdə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsilə cinayət işi başlanıb. Səbuhi Vəliyev iş üzrə şübhəli şəxs qismində tutulub.
Hazırda cinayət işi üzrə ibtidai istintaq davam edir.