Ermənistanda etiraz aksiyaları DAVAM EDİR: "Paşinyan yaxın günlərdə..."

Ermənistanda etiraz aksiyaları DAVAM EDİR:

Dünən İrəvanda keçirilən izdihamlı mitinqdə Erməni Kilsəsinin Tavuş rayonu dyakonluğunun arxiyepiskopu Baqrat Qalstanyan Azərbaycanla sərhəd razılaşması əldə etdiyinə görə Baş nazir Nikol Paşinyanı və onun hökumətini istefa verməyə çağırıb. Bir neçə gün bundan əvvəl bir neçə yüz etirazçı ilə Tavuşdan yürüşə başlayan Qalstanyan mayın 9-da İrəvanın əsas meydanında keçirilən mitinqdə çıxış edib. Həmçinin, bu gün də səhər saat 10:00-dan etibarən Ermənistanda etiraz aksiyaları keçiriləcəyi gözlənilir.

 

Maraqlıdır, Nikol Paşinyan sözügedən proseslərə necə reaksiya verəcək?

 

Bununla bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Asif Nərimanlı deyib ki, Paşinyanın irəli sürülən “istefa tələbinə” əməl etməyəcəyi bəllidir. Onun sözlərinə görə, Baqratın ətrafına toplaşanlar da Nikolu “taxtından endirmək” potensialından hələki uzaqdır:

 

“Lakin aksiya uzunmüddətli olarsa, “qartopu” effekti yaratması riskləri də var. Bu baxımdan, Paşinyanın əks həmləsinin iki istiqamətdə olacağı gözləniləndir. O, həm tərəfdarlarını hərəkətə keçirə, “əzələ nümayişi” edə bilər. Bu, təkcə mitinqə qarşı yox, onun arxasındakı qüvvələrə mesaj xarakteri daşıyır. Paşinyan həm də inzibati resursları işə salacaq, yəni aksiyanın böyüməsinin qarşısını müxtəlif yollarla ala, xüsusilə bölgələrdən qatılmaları məhdudlaşdıra bilər. Aksiyanın böyümə tempi nəzarətdən çıxmadığı müddətdə “demokratik” imicini qorumaq və oponentlərinin nəyə “qadir” olduğunu göstərmək məqsədilə birbaşa güc tətbiqindən çəkinəcəyi ehtimalı daha çoxdur”.

 

Digər ekspert Elxan Şahinoğlu bildirib ki, Ermənistanın Baş naziri Nikol Paşinyan İrəvanda yaxın günlərdə tərəfdarlarının mitinq keçirməsinə qərar verə bilər:

 

“Bununla Paşinyan hökumət tərəfdarlarının radikalların tərəfdarlarından dəfələrlə çox olduğunu bir daha sübut etmiş olar. Paşinyan bir dəfə bu üsuldan istifadə edib. İstefa şüarlarını yalnız say çoxluğu ilə neytrallaşdırmaq olar. İkinci Qarabağ müharibəsindən sonra radikallar İrəvan küçələrində mitinq və yürüşlərdə istədikləri nəticəni əldə etmədikdən sonra Paşinyan tərəfdarlarının mitinqini keçirdi və say nisbətini ortaya qoydu. Böyük ehtimalla radikalları və kilsəni susdurmaq üçün Ermənistan baş naziri İrəvanın mərkəzi teatr meydanında mitinqə üstünlük verəcək”.

 

Günay


OXŞAR XƏBƏRLƏR

Ötən ay 17 aptekdə yoxlama aparılıb

Bu ilin iyun ayı ərzində 17 aptekdə planlı və plandan kənar yoxlama keçirilib.   Sfera.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi Analitik E...

Əliyev və Japarov Ağdamın Xıdırlı kəndində...

İyulun 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam rayonunun Xıdırlı kəndinin 1-ci mərhələs...

Azərbaycanın xarici siyasətində Özbəkistan ilə münasibətlərin inkişafı mühüm yer tutur

Azərbaycan beynəlxalq aləmdə müstəqil xarici və daxili siyasət kursu, regional təşəbbüsləri, eyni zamanda regionda sülh və əməkdaşlığa verdiyi önəmli töhfələr s...

"Kişi məndən az pul qazanırsa, ona hörmət edə bilmərəm"

"Mən əgər bir kişidən çox pul qazanacağamsa, o kişiyə hörmət edə bilmərəm".   Sfera.azTürkiyə mediasına istinadən xəbər verir ki, bu sözlər...

Özbəkistan Türk dünyasının dəyərli üzvü və Azərbaycanın müttəfiqidir

Yeni dünya düzəninə keçid dövrü olduqca mürəkkəb və təlatümlü proseslərlə müşayiət olunur. Hətta onilliklər boyu formalaşan ənənəvi əməkdaşlıq formatları belə, ...

Kanadada hava limanında bomba həyəcanı - Uçuşlar ləğv olundu

Kanadada ani xəbərdarlığa görə hava hərəkəti dayanıb.   Sfera.az xarici mətbuata istinadən xəbər verir ki, Kanadada ölkənin iki böyük hava liman...