Cinayətdə şübhəli bilinən 83 nəfər SAXLANILDI 

Cinayətdə şübhəli bilinən 83 nəfər SAXLANILDI 

Ötən gün ölkə ərazisində qeydə alınan 73, əvvəlki dövrlərdən bağlı qalan 14 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

 

Bu barədə Sfera.az-a DİN-nin mətbuat xidmətindən məlumat verilib.

 

Bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 32, o cümlədən borclu şəxs qismində axtarışda olan 18 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

 

“Narkotiklərlə əlaqəli 48, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 5 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 83 nəfər saxlanılıb”, - məlumatda qeyd olunub.

 

Günay


OXŞAR XƏBƏRLƏR