Avstriyanın yeni prezidentinin kimliyi bəlli olub

Avstriyanın yeni prezidentinin kimliyi bəlli olub

 

Avstriyada keçirilən prezident seçkilərində  Yaşıllar Partiyasının sabiq lideri, 72 yaşlı Aleksander Van der Bellen  qalib gəlib.

APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, müstəqil namizəd qismində namizədliyini irəli sürən A. Van der Bellen ilkin hesablamalara əsasən 54% səs toplayıb.

Onun rəqibi, Avstriya Azadlıq Partiyasının namizədi Norbert Hoferə seçicilərin 46 faizi səs verib. N.Hofer məğlubiyyətini etiraf edərək A. Van der Belleni qələbə münasibəti ilə təbrik edib. 

Qeyd edək ki, iyulda Avstriya Konstitusiya Məhkəməsi Azadlıq Partiyasının pozuntulara dair şikayətini təmin edərək mayın 18-də ölkədə keçirilmiş prezident seçkilərinin ikinci turunun nəticələrini ləğv edib, təkrar seçkilərin keçirilməsi barədə qərar çıxarmışdı.

Xatırladaq ki, may seçkilərində də Yaşıllar Partiyasının keçmiş rəhbəri Aleksandr Van der Bellen Avstriya Azadlıq Partiyasının namizədi Norbert Hofer üzərində qələbə qazanmışdı. 


OXŞAR XƏBƏRLƏR