Sevindik Hətəmovun Salyanda “yadellilər” siyasəti

Sevindik Hətəmovun Salyanda “yadellilər” siyasəti
Sevindik Hacıağa oğlu Hətəmov. Bu ad ilk baxışdan heç nə deməyə bilər. 1969-cu il aprelin 7-də Laçının Çüləbird kəndində anadan olub.

1993-cü ildən başlayaraq məcburi köçkün kimi ilk illər Bakı İdarəetmə Akademiyasının Bakı Dövlət Universiteti ilə üzbəüz yataqxanasında məskunlaşır.

Yataqxanada məskunlaşan digər qaçqınlar kimi o da əvvəlcə küçə ticarəti ilə məşğul olaraq ailəsini çox çətinliklə dolandırır. Lakin tezliklə tale üzünə gülür.

"Güzdək” daş karxanasında "karyer” biznesi ilə məşğul olmağa başlayır. Burada özünə əməlli-başlı sərvət yığır. Karyer müdiri əvvəlcə deputat, sonra isə icra başçısı olur.

Söhbət əvvəl Yardımlının, indi Salyanın icra başçısı Sevindik Hətəmovdan gedir.

Məlumatda deyilir ki, "Güzdək” daş karxanasındakı fəaliyyəti artıq Sevindik Hətəmova böyük kapital, hörmət və lazımi dairələrə çıxış imkanı yaradır.

Məhz bu üstünlüklərdən istifadə edən Hətəmov Azərbaycan hakimiyyətində təmsil olunan çox nüfuzlu bir məmurun kölgəsinə sığınaraq siyasi kariyerasını qurmağa başlayır.

Vaxt gəlir, o, 2005-ci ildə deputat mandatı alır. 2012-ci ildə isə Yardımlı rayon icra başçısı təyin olunur. 04.03.2016-cı ildə isə prezidentin sərəncamı ilə Salyan rayon İcra Hakimiyyətinin başçısı təyin olunur.

Amma o hansı vəzifələri tutmasından asılı olmayaraq hər zaman "karyer biznesi” sahəsinə sadiq qalıb. Hazırda onun Qaradağ rayonu ərazisində 10 daş karxanası və üzlük daş istehsal edən bir neçə sexi var.

Yardımlıda icra başçısı işləyərkən müavini Mahir Mirzəyevlə əlbir olaraq büdcə vəsaitlərinin talançılığı ilə məşğul olub. Bu haqda dövrü mətbuatda geniş məlumatlar və təkzib olunmayan faktlar var.

O bu ənənəvi iş prinsipini bu  gün Salyan rayonunda da davam etdirir. Sevindik Hətəmovun qarşısına ölkə başçısı ciddi tapşırıqlar qoyduğu halda, icra başçısı öz şəxsi maraqlarının əsirinə çevrilib.

Bu məmur həmişə öz şəxsi maraqlarını dövlət mənafeyindən üstün tutmuş və bu gün də o ənənəni davam etdirir. O Salyan rayonu ərazisində 4 balıqçılıq gölünü onların sahiblərindən zorla alaraq özününkiləşdirib.

Politika.Az xəbər verir ki, həmin sahibkarlar başçının bu qanunsuz əməllərindən ən yüksək instansiyalara şikayətlər etmələrinə baxmayaraq onun Zakir Fərəcov, Zeynal Nağdəliyev, həmçinin Laçın rayonundan millət vəkili Mahir Abbaszadə kimi himayədarları var.

Sevindik Hətəmov yaxın qohumu "Zamin bank” ASC-nin Gənclik filialının direktoru işləyən Mahir Tapdıq oğlu Abbaszadənin Laçın rayonundan millət vəkili seçilməsi üçün milyonlar xərcləyib. Ona görə də Mahir Abbaszadə də hər an Sevindik Hətəmovu yuxarə dairələrdə müdafiə edir.

Sevindik Hətəmov yaxın qohumları üçün də ağ gün ağlayıb. Belə ki, bacısı Nəsilənin əri Fərruxu Bakı şəhərində yerləşən Laçın köçkün məktəbinin direktoru təyin etdirib.

Digər bacısının əri Oktay onun Qaradağdakı daş karxanalarını idarə edir. Oktayın oğlu Cəmil Məmmədovu Sumqayıt şəhərində Hərbi Prokurorluğa işə düzəldib və deyir ki, ”nə qədər dayın sağdır, ürəkli ol, heç nədən çəkinmə, səni hələ dayın daha yüksək vəzifəyə təyin etdirəcək”.

Sevindik Hətəmov Ağcəbədi rayonu ərazisində Laçın rayonuna aid qış yatağında 250 baş iribuynuzlu və 1400 baş xırdabuynuzlu heyvandan ibarət böyük bir ferma yaradıb.

Həmin heyvandarlıq fermasını sahibkar kimi qayınatası Cənnət kişinin adına rəsmiləşdirib. Hətta həmin ferma üçün Cənnət kişinin adına Sahibkarlığa Kömək Milli Fondundan xeyli kredit  ayrılıb.

Politika.Az xəbər verir ki, Bakının İnqilab küçəsinin "milyonerlər” məhəlləsində bacısı Lətifənin adına 4 mərtəbəli villa alıb.

Oğlu Xətaini öz şəxsi nüfuzundan və əlaqələrindən istifadə edərək Bakı şəhəri 3 saylı "Asan Xidmət” Mərkəzinə müavin vəzifəsinə təyin etdirib. Qızı Günayı isə Neftçilər xəstəxanasında UZİ aparatı üzrə həkim vəzifəsinə yerləşdirib.

Oğlu Xətai və qızı Günay dəyəri 150 min dollar olan son model "Range-Rover” markalı maşınla işə gedirlər. Yeznəsi Oktayın adına "Nabranda” möhtəşəm bir istirahət mərkəzi  alıb.

Bakının mərkəzində Sevindik Hətəmovun 8 yerdə topdansatış mağazalar şəbəkəsi var. Yasamal Rayonunun Bakı Dövlət Universiteti yaxınlığında "Meqa-Siti” yaşayış kompleksində ikisi 4, üçü isə 3 otaqdan ibarət 5 mənzili alıb.

Kompleksdə yerləşən "İdman-sağlamlıq” mərkəzini də bacısı Nəcibənin adına alıb və icarəyə verib. Həmin yaşayış Kompleksi ilə üzbəüz son model "Gözəllik Salonu” da Sevindik Hətəmova məxsus obyektlərdən biridir.

PS.Qeyd edək ki, yaxın günlərdə Salyanın icra başçısı Sevindik Hətəmovun bir ailənin dağılmasına səbəb olan məcaraları barədə geniş araşdırmamızı oxucularımıza təqdim edəcəyik.

OXŞAR XƏBƏRLƏR

Avtovağzaldan bu rayonlara reyslər təxirə salındı

Ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti ilə əlaqədar, Bakı Beynəlxalq Avtovağzal Kompleksindən səfərə çıxan bəzi reyslər təxirə salınıb. &nb...

Bu məhsul 10 manat bahalaşdı

Paytaxt bazarlarında balığın qiyməti bahalaşıb.   Sfera.az Xəzər TV-yə istinadən bildirir ki, sazan və forel balığına tələbat daha çoxdur. Ümumi olar...

Bu yollarda sürət həddi endirildi

Yolların buz bağlaması səbəbindən sürücülərin təhlükəsizliyini təmin etmək məqsədilə paytaxtın bəzi yollarında sürət həddi əlavə 10/km saat endirilib.  ...

Samir Şərifov oğluna dəbdəbəli toy etdi: ANİ LORAK TOYDA OXUDU

Baş nazirin müavini Samir Şərifovun ailəsində xoş gün olub.   Sfera.az  Bizimmedia-ya istinadən xəbər verir ki, S. Şərifov oğluna toy ...

Polis gücləndirilmiş rejimdə çalışır - DİN

Mövcud hava şəraiti ilə əlaqədar olaraq polis əməkdaşları tərəfindən ölkə boyu şəhər və rayonlarda, həmçinin magistral yollarda gücləndirilmiş rejimdə xidmət gü...

Zelenski: Ukrayna ABŞ-dan güclü təhlükəsizlik zəmanəti istəyir

İnanıram ki, ABŞ Prezidenti Donald Tramp münaqişənin ədalətli həllinə çalışır. Ukrayna münaqişənin həllində tərəfdaşlarından, o cümlədən ABŞ-dan güclü təhlükəsi...