"Dollar dünya ticarətində dominant mövqeyini qoruyub saxlayıb" - BVF rəsmisi

Dünyadakı gərgin geosiyasi vəziyyətə görə iqtisadiyyat üç bloka bölünüb. 

 

Sfera.az xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondunun (BVF) direktorunun birinci müavini Gita Qopinat Stenford Universitetində çıxışı zamanı danışıb.

 

Onun sözlərinə görə, dünyanın ən böyük iqtisadiyyatları - ABŞ və Çin arasındakı rəqabətin ticarətə daha çox təsir göstərməsinə imkan verməyən problemlər nəticəsində üçüncü blok yaranıb. 


"Üçüncü bloka ABŞ və Çinə qoşulmayan ölkələr daxildir. Meksika və Vyetnam kimi bəzi ölkələr nə ABŞ, nə də Çinə qoşulmağı seçib. Onlar dünya iqtisadiyyatının üçüncü blokunu təşkil edərək, Vaşinqton və Pekin arasında parçalanmış ticarət və investisiyaların həmin hissəsini kompensasiya etməyə imkan tapıblar. Bundan əlavə, vasitəçi ölkələr Ukraynada xüsusi hərbi əməliyyatın başlamasından sonra Rusiyaya qarşı sanksiyaları yumşaltmağa kömək edir. Beləliklə, ötən il mallar, xidmətlər və investisiyalar üzrə mövcud ticarət məhdudiyyətlərinin ümumi sayı üç mini keçib".

 

Bununla belə, Qopinatın fikrincə, bu irimiqyaslı zərbələr qlobal ticarətdə dolların hökmranlığına təsir göstərə bilməyib. Dollar dünya ticarətində dominant mövqeyini qoruyub saxlayıb.


Geosiyasi fərqlərə baxmayaraq, dollar hələ də qlobal ticarətin maliyyələşdirilməsinin 80 faizini özündə saxlayır. Qopinatın dediyi kimi, ABŞ dollarının valyuta ehtiyatlarında payı yüksək olaraq qalır - demək olar ki, 60 faiz. Eyni zamanda, bəzi ölkələr Kanada və ya Avstraliya dolları kimi digər valyutalara müraciət etməyə başlayıblar.

 

"Bəzi ölkələr beynəlxalq əməliyyatlar və ehtiyatlar üçün ABŞ dollarından asılılıqlarını yenidən nəzərdən keçirirlər",- BVF rəsmisi diqqətə çatdırıb.

 

İnci


OXŞAR XƏBƏRLƏR

İsrail Suriya druzlarına humanitar yardım göndərir

İsrailin Xarici işlər naziri Gideon Saar Suriyanın cənubundakı Əs-Suveyda şəhərində vəziyyətin pisləşməsi fonunda həmin bölgədə yaşayan druz icmasına humanitar ...

Bakı aeroportunda ƏMƏLİYYAT keçirildi

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları brilyant qaşların ölkənin gömrük sərhədindən qanunsuz yolla keçirilməsi cəhdinin qarşısını alıblar. &nbs...

Övladını bağçaya qoymaq istəyən valideynlərin NƏZƏRİNƏ

Məktəbəqədər təhsil müəssisələrinə qəbul başlayıb.   Bu barədə Sfera.az-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat evrilib...

Müharibə oyuna çevrildi: Ukrayna xal sistemindən faydalanır

Ukrayna ordusu Rusiya ilə müharibədə texnoloji innovasiyalarla diqqət çəkməyə davam edir. Kiyev rəhbərliyi cəbhə xəttində döyüşən əsgərlərin motivasiyasını artı...

Zəfər Salnaməsindən rəqəmsal dövrə uzanan yol

Azərbaycan milli mətbuatı xalqımızın azadlıq, müstəqillik və demokratik dəyərlər uğrunda mübarizəsinin tərkib hissəsi kimi şərəfli bir yol keçmişdir. Ulu Öndər ...

"2025-ci ilin birinci yarımilində cinayətlər 10,9% azalıb" - Hərbi prokuror

2024-cü ilin birinci yarımili ilə müqayisədə, 2025-ci ilin birinci yarımilində qeydə alınan hərbi xidmətdən yayınma cinayətləri ümumilikdə 43,9% azalıb.  ...