Avropa İttifaqı Rusiyaya daha bir zərbə vurmağa hazırlaşır: "İyula qədər..."

Avropa İttifaqı Rusiyaya daha bir zərbə vurmağa hazırlaşır:

“Avropa İttifaqı ölkələri Rusiyaya qarşı 14-cü sanksiyalar paketini iyul ayına qədər razılaşdırmaq niyyətindədir”.

 

Sfera.az “TASS”a istinadən xəbər verir ki, bu barədə müvafiq sənədin layihəsində qeyd olunub.

 

Məlumata görə, paket nə rus diplomatlarının Aİ-də hərəkət azadlığını məhdudlaşdıracaq, nə də Rusiyadan mayeləşdirilmiş təbii qaz, nüvə yanacağı və ya alüminium idxalına qadağa qoyacaq. Paket Rusiyadan və Moskvaya qadağan olunmuş malların daşınmasında şübhəli bilinən digər ölkələrdən daha 52 şirkəti hədəf alacaq. Qadağan olunmuş mallara xüsusilə dron komponentləri daxildir.

 

Bundan başqa, yeni sanksiyalar paketi Rusiyanın Avropa siyasi partiyaları və Avropa siyasi fondları, qeyri-hökumət təşkilatları və media xidməti təminatçılarının maliyyələşdirilməsinə AB27 miqyasında qadağa qoyulmasını təklif edir.

 

Yeni sanksiyalar layihəsi həmçinin Aİ limanlarına Rusiya maye qazının Aİ-yə daxil olmayan ölkələrə daşınmasını qadağan edir, Rusiyaya qarşı sanksiyalardan yayınan gəmilərin Aİ limanlarından istifadəsinə qadağa qoyur, həmçinin Rusiya aviasiyasına, Rusiya heliumu və müxtəlif mineralların idxalına Aİ-nin mövcud məhdudiyyətlərini sərtləşdirir. 

 

Avropa Komissiyasının (AK) icraçı vitse-prezidenti Valdis Dombrovskis daha əvvəl bildirmişdi ki, Avropa İttifaqı Rusiyaya qarşı 14-cü sanksiyalar paketi ilə bağlı danışıqlarda çətinlik çəkir və çox güman ki, yeni məhdudiyyətlər ehtiva etməyəcək, ancaq sanksiyalar blokadasını aşmaq üçün Rusiyanın tədbirlərinə qarşı durmağa çalışır. AK fevralın 23-də təsdiqlənən 13-cü paketin qəbulundan dərhal sonra Moskvaya qarşı 14-cü sanksiyalar paketini hazırlamağa başlayıb. Məhdudiyyətlər Rusiya, Hindistan, Qazaxıstan, Çin, Serbiya, Tailand, Türkiyə və Şri-Lanka da daxil olmaqla bir sıra digər ölkələrdən olan 106 fiziki və 88 hüquqi şəxsə şamil edilib.

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR

Müharibə oyuna çevrildi: Ukrayna xal sistemindən faydalanır

Ukrayna ordusu Rusiya ilə müharibədə texnoloji innovasiyalarla diqqət çəkməyə davam edir. Kiyev rəhbərliyi cəbhə xəttində döyüşən əsgərlərin motivasiyasını artı...

Zəfər Salnaməsindən rəqəmsal dövrə uzanan yol

Azərbaycan milli mətbuatı xalqımızın azadlıq, müstəqillik və demokratik dəyərlər uğrunda mübarizəsinin tərkib hissəsi kimi şərəfli bir yol keçmişdir. Ulu Öndər ...

"2025-ci ilin birinci yarımilində cinayətlər 10,9% azalıb" - Hərbi prokuror

2024-cü ilin birinci yarımili ilə müqayisədə, 2025-ci ilin birinci yarımilində qeydə alınan hərbi xidmətdən yayınma cinayətləri ümumilikdə 43,9% azalıb.  ...

Rusiya yay hücumuna hazırlaşır: 160 minlik ordu cəbhədə

CNN-in xəbərinə görə, Rusiya yaxın vaxtlarda Ukraynada genişmiqyaslı yay hücumuna keçə bilər. Ukrayna rəsmiləri Rusiyanın cəbhə xəttinə 160 minlik qoşun cəmləşd...

"Nə oldu, Paşinyan?"ın müəllifi həbs olundu

Müğənni Elçin Göyçaylı həbs olunub.   Sfera.az Axşam.az-a istinadla xəbər verir ki, bu barədə Binəqədi Rayon Məhkəməsi qərar çıxarıb.   ...

Prezident onlara müraciət ünvanladı

Bakıda Asiya Ali Audit Orqanları Təşkilatı (ASOSAI) ilə Ərəb Ali Audit Orqanları Təşkilatının (ARABOSAI) birgə görüşü keçirilir.   Sfera.az xəbə...