Aparıcı xanımının ona xəyanət etdiyini öyrənincə...
Kanal "D"də yayımlanan "Evim şehane" proqramının aparıcısı, memar Selim Yuhay təsadüfən həyat yoldaşının ona xəyanət etdiyini öyrənib.
AzadQadin.az axşam.az-a istinadən xəbər verir ki, 3 uşaq atası 9 il evli olduğu həyat yoldaşı Evlin Avidorla "anlaşıqlı boşanma" üçün məhkəməyə müraciət edib.
Evini uşaqlarına və Evlinə qoyan memar bir gün əşyalarını götürmək üçün həmin mənzilə gəlir. Təsadüfən Avidorun gündəliyini tapan və oxuyan Selim şok keçirir.
"Gündəliyi oxuduqca pis oldum. Sən demə, həyat yoldaşım məni evli bir kişi ilə aldadıbmış. Adı Çengiz olan həmin şəxsin də 3 övladı və həyat yoldaşı var", - deyə Yuhay verilişlərdən birinə müsahibəsi zamanı bildirib.
O, vurğulayıb ki, qeydləri oxuduqdan sonra yenidən məhkəməyə müraciət edib və "anlaşıqlı boşanma"nı, "boşanma" ilə əvəzləyib.