Dünən yol qəzasında ölən prokurorla bağlı YENİ DETALLAR: Saat 06:15-də...

Dünən yol qəzasında ölən prokurorla bağlı YENİ DETALLAR: Saat 06:15-də...

Bakı Şəhər Prokurorluğunun Prokurorluqda İstintaqa Nəzarət Şöbəsinin prokuroru 1983-cü il təvəllüdlü Müşfiq Oruc oğlu Abdullayevin ölümü ilə nəticələnən qəza barədə cinayət işi açılıb.

 

Sfera.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, faktla bağlı Yevlax Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və ya nəqliyyat vasitəsinin istismarı qaydalarının pozulması-ölümlə nəticələndikdə) maddəsi ilə cinayət işi başlanıb.

 

Bildirilib ki, hadisə dünən sübh vaxtı Bakı-Qazax magistralının 289.4-cü kilometrliyində baş verib. Müşfiq Abdullayev Gəncədəki evindən çıxaraq “Lexus” markalı 10 MA 133 dövlət qeydiyyat nişanlı avtomobili ilə Bakı istiqamətinə hərəkət edirmiş. Saat 06:15 radələrində avtomobil Yevlax rayonu ərazisində hərəkətdə olarkən onun idarəetməsindən çıxaraq aşıb. Nəticədə M.Abdullayev aldığı xəsarətlərdən hadisə yerində ölüb.

 

İlkin ehtimala görə, qəza prokurorun yuxulu olması səbəbindən baş verib.

 

Hazırda istintaq tədbirləri davam etdirilir.

 

Qeyd edək ki, Müşfiq Abdullayev kənd təsərrüfatı nazirinin sabiq müavini, Şəmkirin keçmiş icra başçısı Aslan Aslanovun və Ağstafanın sabiq polis rəisi Elsevər Aslanovun bacısı oğludur.


OXŞAR XƏBƏRLƏR

Astarada 37 yaşlı rabitəçini elektrik cərəyanı vuraraq öldürüb

Astara rayonunda 37 yaşlı rabitəçini elektrik cərəyanı vuraraq öldürüb.   Sfera.az-ın Report-a istinadən məlumatına görə, hadisə Astara rayonunun Sel...

Azad edilən ərazilərdə faydalı qazıntı yataqları daha 2 il birbaşa istifadəyə veriləcək

Nazirlər Kabineti 10 may 2019-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Yerin təkinin (qiymətli və əlvan (o cümlədən nəcib) metallar, qiymətli daş yataqlar...

DİN-dən vətəndaşlara MÜHÜM ÇAĞIRIŞ: "Araşdırın!"

Daxili İşlər Nazirliyi vətəndaşlara çağırış edib.   DİN-dən Sfera.az-a bildirilib ki, yaxın qohumlarının xəstə, müalicəsinə təcili pul lazım olması a...

Ukrayna nə qədər əsgər itirib? - Zelenski məşhur nəşrin iddiasını YALANLADI

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ilə müharibədə Ukraynanın əsgər itkisi ilə bağlı ABŞ-nin “The Wall Street Journal” nəşrinin iddialarını...

Suverenliyimizin bərpası bir çoxlarına ümid mesajıdır

Azərbaycanı qərəzli şəkildə hədəfə alan ikili standartlar siyasəti son vaxtlar daha da eybəcərləşib. Əgər işğal dövründə ölkəmizə qarşı etdikləri ayrı-seçkiliyi...

Daha 6 baş minaaxtaran it əməliyyatlara cəlb olunacaq

  İşğaldan azad edilmiş ərazilərin bərpası, infrastrukturun yaradılması və təhlükəsiz yaşayış mühitinin təmin edilməsi məqsədilə Azərbaycan Respublikası...