Şəhid ailələri Çanaqqala şəhərini ziyarət etdilər - FOTOLAR

Şəhid ailələri Çanaqqala şəhərini ziyarət etdilər - FOTOLAR

“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi və Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) təşkilatçılığı, “Azərbaycan Hava Yollar”QSC-nin tərəfdaşlığı ilə şəhid ailə üzvlərindən ibarət olan 28 nəfərlik heyət Türkiyənin Çanaqqala şəhərini ziyarət edib.

 

Sfera.az xəbər verir ki, səfərin ilk günündə Çanaqqala şəhərinin valisi İlhami Aktaş şəhid ailələri ilə görüşlərin əhəmiyyətini vurğulayıb.

 

O, şəhid ailələrini öz şəhərlərində görməkdən çox xoş olduqlarını və bu cür səfərlərin iki qardaş xalq arasında ortaq dəyərlərin inkişaf etdirilməsi baxımından mühüm olduğunu bildirib.

 

Səfər çərçivəsində şəhid ailələri “57-ci Alay Şəhidliyi”, “Çanaqqala Şəhidlər Abidəsi”, “Zəfər Muzeyi”, “Troya atı Muzeyi”, “Dəniz Muzeyi”, “Hisart Canlı Tarix Muzeyi”, “Seyit Onbaşı Abidəsi”, “Atatürk Abidəsi”, “Nusret Mayın Gəmisi” və “Aynalıçarşı” kimi Çanaqqala şəhərinin tarixi məkanlarını ziyarət ediblər.

 

Həmçinin Çanaqqalada yerləşən Azərbaycan şəhidlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət edən şəhid ailələri hər iki qardaş xalqın Vətənləri uğrunda canlarından keçən qəhrəman şəhidlərini dərin ehtiramla yad ediblər.

 





OXŞAR XƏBƏRLƏR

Ağdamda güclü yanğın - Ağdərəyə yayılır+VİDEO

Ağdam və Ağdərə rayonlarında geniş ərazilərdə yanğın baş verib.   Sfera.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, Ağdamın Əlağalı, Qara...

Uilyam və Şahzadə Harrinin 20 yaşlı bacısı vəfat etdi

Şahzadə Uilyam və Şahzadə Harrinin ikinci əmisi qızı Rozi Roş 20 yaşında qəflətən dünyasını dəyişib. İngiltərənin Norton şəhərindəki evdə onun yanından odlu sil...

Sakinlərin NƏZƏRİNƏ - Sabah bəzi ərazilərdə qaz olmayacaq

Sabah Bakı şəhərinin Sabunçu, Suraxanı və Nəsimi rayonlarının bəzi ərazilərində qaz təchizatı müvəqqəti dayandırılacaq.   Sfera.az xəbər verir ki, bu...

Azərbaycan və Türkiyə müdafiə nazirləri İstanbulda görüşdü

“IDEF 2025” 17-ci Beynəlxalq Müdafiə Sənayesi Sərgisində iştirak etmək üçün İstanbul şəhərində səfərdə olan Azərbaycanın müdafiə naziri general-polk...

Ceyhun Bayramov Gürcüstan Parlamentinin sədri ilə görüşdü - FOTO

İyulun 22-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Gürcüstana rəsmi səfəri çərçivəsində Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili ilə görüşüb. ...

Hikmət Hacıyev: Yubiley medalı jurnalistikada xidməti olanlar üçün nəzərdə tutulub

“Yubiley medalı jurnalistikada xidməti olanlar üçün nəzərdə tutulub”.   Bunu Medianın İnkişafı Agentliyi tərəfindən Milli Mətbuatın 150 i...