Polis təyyarəsi qəzaya düşdü
Dünya
16:20 / 03.12.2016
1056
İndoneziyada polis təyyarəsinin qəzaya uğraması nəticəsində 12 nəfər həlak olub.
Sfera.az Azərtac-a istinadən xəbər verir ki, hadisə Riau Adaları vilayətində Cənubi Çin dənizində baş verib.
Hərbi dəniz bazasının rəisi Tandjunq Pinanq S.İravan bildirib ki, qəzadan əvvəl partlayış səsi eşidilib. Axtarış-xilasetmə əməliyyatlarının aparılması üçün hadisə yerinə gəmilər göndərilib.